"İri məmur uşaqlarının rezonans doğuran kriminal əməllləri artıq sistemli xarakter alıb. Hətta onları, xüsusən, onlara aid nəqliyyat vasitələrini xüsusi təhlükə mənbəyi kimi fərqləndirənlər də çoxalır. Məncə, bununla bütün istiqamətlərdə səmərəli mübarizə olmalıdır. İlk növbədə, qanun çərçivəsində. Yaxşı presedent yaradılmalıdır ki, əsl xəbərdaredici effekt versin".
gundemxeber.az Milli.Az-a istinadən bildirir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov son zamanlar yüksək vəzifəli məmurların övladlarının qanunsuz əməllərinə, xüsusən də bahalı nəqliyyat vasitələri ilə qəza törətmələrinə münasibətində bildirib.
Onun sözlərinə görə, hüququn yol verdiyi çərçivədə belələrinə qarşı daha effektiv mübarə aparılmalıdır: "Məsələn, cinayət və cinayət-prosessual qanunvericilikdə belə bir qəti tələb var ki, konkret kriminal hadisəni araşdıran müstəntiq, prokuror və ya hakim onun törədilməsinin səbəb və şəraitini də aydınlaşdırmalıdır (CPM-in 221-ci maddəsi və s.). Bu zaman həmin səbəb və şərait fərqli hüquq pozuntuları ilə bağlı olduqda, onlar da müvafiq hüquqi prosedurlara uyğun araşdırılmalı və onlara da hüquqi qiymət verilməlidir. Qanunun bu tələbi konkret hal üçün o deməkdir ki, həmin "gülbalalar"ın avtomobil kolleksiyasının mənbəyi, onların belə dəbdəbəli həyat tərzinin digər elementləri də hüquq müstəvisində araşdırılmalıdır. Əminəm ki, bu edilsə, həmin şəxslərin avtomobil kolleksiyasının müsadirəsindən tutmuş onları hərtərəfli himayə edərək "gülbala"ya döndərənlərin korrupsiya cinayətlərində ittiham edilməsinədək çox şeyə şahid olarıq".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?