İkinci Dünya Müharibəsi dövründə sevib evlənən kanadalı bir veteran və britaniyalı qadın, 75 il evli qaldıqdan sonra aralarında beş saat fərqlə vəfat ediblər.
95 yaşlı George və yoldaşı 94 yaşlı Jean Spear 1941-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda bir rəqs salonunda tanış olublar. Yerli qəzet olan Ottawa Citizen-nin yaydığı xəbərə görə, Kanadanın paytaxtı Ottawa-da bir xəstəxanaya sətəlcəm diaqnozu ilə gətirilən Jean Spear cümə günü vəfat edib. Eyni xəstəxanada yatan George, həyat yoldaşının ölümündən beş saat sonra, səhər radələrində vəfat edib. Kate Middleton'la birlikteFotonun müəllifiWAYNE CUDDINGTON / COURTESY OF OTTAWA CITIZEN Cütlüyün iki yetkin övladı var. İkinci Dünya Müharibəsi dövründə Kanada ordusunda stajlı baş cavuş kimi xidmət göstərən George, vəzifəsinə görə Londonda olarkən bir rəqs salonunda Jean ilə tanış olub. George necə tanış olduqlarını bu cümlələrlə təsvir edirdi: "Əsgər çəkmələrimə baxdı və "sənin ayağındakı bu yöndəmsizlərlə rəqs edə bilərikmi, bilmirəm"- dedi". "Cəhd edək" dedik və cəhd etdik. Və belə başladı. Cütlük tanış olduqdan bir il sonra evlənib.
jean Spear Kanadada əsgər olan həyat yoldaşının yanna gedib və orda yaşamağa başlayıblar. İngiltərə Kraliçəsi, Kanadadakı "müharibə gəlinləri" üçün bir dərnək quran bu qadına Britaniya İmperatorluq Nişanını təqdim edib. 2011-ci ildə cütlük Ottawa-da şahzadə William və xanımı Cambridge Hersoginyası Kate Middleton ilə tanış olub. George Spear Hersoginyaya həyat yoldaşının evlənmədən əvvəlki şəkillərindən birini göstərdi. Hersoginya-nın "fotonu həmişə saxlamısınız?" sualına o, "müharibə dövründə və o günlərdən bəri həmişə" cavabını verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?