ABŞ yığmasının üzvü, olimpiya çempionu Makkayla Maroni dünya idmanını şoka salan açıqlama verib.
Bu il 22 yaşına qədəm qoyacaq gimnast məşqçisi və həkiminin onu zorladığını deyib.
Gimnast bakirəliyini 13 yaşında itirdiyini dilə gətirib. O, ABŞ yığmasının həkimi Larri Nassarın onunla zorla əlaqədə olduğunu bildirib.
O əlavə edib ki, məşqçiləri onu 7 il zorlamağa davam edib.
"Həkim məni müalicə adıyla zorlayırdı. Deyirdi ki, bu, müalicənin bir hissəsidir. Fürsət tapan kimi yarışlardan əvvəl mənə təcavüz edirdi”, - deyə gimnast əlavə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?