Rusiyanın “Kasperski Laboratoriyası” şirkəti bu ilin üçüncü rübünün kibertəhdidlərlə bağlı statistikasını hazırlayıb.
Agentlik bu ilin üçüncü rübü ərzində şəbəkə hücumlarına ən çox Belarusun məruz qaldığını bildirib. “Kasperski”nin hazırladığı reytinq cədvəlində ilk beşliyə həmçinin Əlcəzair, Rusiya, Ermənistan və Moldova daxil olub. Onlardan sonrakı yerləri isə Yunanıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan və Albaniya tamamlayıb. Şirkət bu ölkələrin əhalisinin daha çox “Malvare” virusunun hücumuna məruz qaldığını bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?