İki il öncə polislər tərəfindən öldürülən Nardaran sakini Rəfail Bünyatovun oğlu, 19 yaşlı Hüseynağa Bünyatov da həbs edilib.
Bu barədə onun qohumu Əbülfəz Bünyatov sosial şəbəkədə məlumat verib.
1998-ci il təvəllüdlü H. Bünyatovu 535.1-ci (polisә tabesizlik) maddә ilә ittiham edərək haqqında 30 sutkalıq həbs cəzası qərarı veriblər.
Yaxınları isə bu ittihamın şərləmə olduğunu bildiriblər. Sən demə, 19 yaşlı gənc öldürülmüş atasının məzarının şəklini paylaşdığı üçün "polisə müqavimət göstərib".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?