Paytaxtda 41 yaşlı qadın keçmiş həyat yoldaşından polisə şikayət edib.
Təranə Muradova adlı qadın müraciətində bildirib ki, bir müddət əvvəl həyat yoldaşı İlham Muradovla boşanıb. Lakin sonradan məlum olub ki, əri onunla nikah müddətində əldə edilmiş və Azərbaycan prospektindəki binada yerləşən mənzili satıb. Həmin mənzil üzərində mülki hüququnun olduğu qadın keçmiş həyat yoldaşının ona qarşı dələduzluq etdiyini və məsələyə hüquqi qiymət verilməsini xahiş edib. Araşdırma aparılır./lent.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?