Adnan Oktar "A9" telekanalının bağlanması ilə bağlı iddialara cavab verib.
O, kanalın bağlanmadığını, kanala qarşı cəza tətbiq edildiyini deyib.
"Cəza tətbiq edilib, cəzanı ödəyəcəyik".
Adnan Oktar efirdə qadınların olmayacağını qeyd edib və "A9" kanalında tez-tez görünən və “kediciklər” deyə tanınan xanımların efirdə olmayacağını söyləyib.
O, Azərbaycan və Türkiyənin inkişafının bir-birindən ayrı mümkün olmadığını da qeyd edib. Azərbaycan və Türkiyənin bir-birinin canı-qanı olduğunu söyləyib və Azərbaycandan olan izləyicilərinə salam göndərib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?