Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi arasında müqavilə yenilənib.
Müqavilədə bu il Azərbaycandan Həcc ziyarəti üçün nəzərdə tutulan zəvvar kvotası 600-dən 2000-ə qaldırılıb. Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu bu həftənin əvvəlində başlayıb. Artıq 100-dən çox zəvvar səfər üçün QMİ-də qeydiyyatdan keçib. Ziyarətin qiyməti 4150 ABŞ dollarıdır. Ziyarəti Azərbaycandan yalnız QMİ təşkil edir. /apa
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?