Ölkəmizdə tələbə və məzunlara dəstək məqsədilə təşkil olunan Karyera Sərgilərində iştirakı ənənəyə çevrilən “Azercell Telekom” MMC ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə baş tutan 1-ci “Karyera sərgisi”nə qatılıb. Bakı Ali Neft Məktəbində baş tutan sərgidə şirkətin İnsan Qaynaqları Departamentinin əməkdaşları tərəfindən hazırlanan Azercell-in stendi hər kəs tərəfindən böyük maraqla qarşılanıb.
Stenddə şirkətin iş prinsipləri, kadr seçimində üstünlük verilən meyarlar haqqında məlumatlar yer alıb. Burada, həmçinin, Azercell-də tələbə və məzunlar üçün yaradılan imkanlar, gənclərin inkişafına yönəldilən proqram və layihələr haqqında da məlumat almaq mümkün olub. Şirkətin nümayəndələri Azercell-ə işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil edib, onların suallarını cavablandırıb və ehtiyac olduğu halda məsləhətlər də veriblər.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd - öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir. Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə bu istiqamətdə dəstək olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Ötən il ITECA və Təhsil Nazirliyi tərəfindən təşkil olunan 12 Beynəlxalq Karyera Sərgisində də Azercell tələbələrə dəstək olub.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?