Britaniyalı texnologiya şirkəti yeni dərmanları sınaqdan keçirməyə yardım etmək üçün ürək əzələsinin döyüntüsünü yaratmaq məqsədilə ianə edilmiş insan ürəyi toxumasından istifadə edir.
Biz əzələnin uzunluğunun dəyişməsini simulyasiya edirik ki, bununla əzələnin bio-mexaniki fəaliyyətini simulasiya edə bilək. Bunu etməklə biz əzələyə dərmanlar yeridərək həmin dərmanların əzələyə həqiqi təsirini yoxlaya bilirik. Bura İngiltərənin Koventri şəhərində yerləşən InoCardia laboratoriyasıdır. Burada ürək toxumasının bu parçası içindən keçən kiçik elektrik impuls sayəsində döyünür. Tədqiqatçılar deyir ki, o, insan bədənində olduğu kimi ürək əzələsinin dinamik fəaliyyətini təkrarlayır.
“Biz əzələnin uzunluğunun dəyişməsini simulyasiya edirik ki, bununla əzələnin bio-mexaniki fəaliyyətini simulasiya edə bilək. Bunu etməklə biz əzələyə dərmanlar yeridərək həmin dərmanların əzələyə həqiqi təsirini yoxlaya bilirik,” deyə InoCardia-nın təsisçisi Helen Maddok bildirir.
Hazırda dərmanların sınaqdan keçirilmə üsullarında statik, yəni hərəkətsiz əzələdən istifadə olunur. Maddok isə deyir ki, bu üsul onları lazımlı məlumatla təmin etmir. InoCardianın texnologiyası isə tədqiqatçılara çox pul xərcləmədən yararsız və hətta zəhərli birləşmələri müəyyən etməyə imkan verir.
“Məqsəd ondan dərmanların inkişaf proqramında istifadə etmək, onunla ürək çatışmazlığı üçün təsirli olan dərmanları yoxlaya bilmək və ürəyin yükünə təsir göstərmədən döyünmək qabilyyətini artırmaqdır,” Maddok deyir.
InoCardia bildirir ki, bu üsul in-vivo tədqiqatlarda heyvanlardan asılılığın azalmasına gətirib çıxaracaq, çünki heyvanlardan istifadə yanlış nəticələrə səbəb olur. Onlar indi yeni dərmanlar inkişaf etdirmək üçün bir sıra əczaçılıq şirkətləri ilə işləyir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?