Dünən “AvtoStop” verilişinin aparıcısı “Facebook” səhifəsində Azərbaycanda verilən sürücülük vəsiqəsinin xarici ölkələrdə etibarlı olmaması barədə status yazmışdı.
Turalın statusu sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bir neçə saat sonra isə, Bakı Dövlət Yol Polisinin rəsmisi “AvtoStop” verilişinə məsələ ilə bağlı rəsmi açıqlama verib. Açıqlamaya əsasən, Vyana konvensiyasının 41-ci maddəsi və 6 saylı əlavəsində olan uyğunsuzluqdan xəbərdardılar. BDYPİ-i icraedci orqan olduğundan bu barədə qanunverici orqan olan Milli Məclisə bununla bağlı müraciət edilib. Yaxın günlərdə qanuna dəyişiklik Milli Məclisin gündəliyinə daxil ediləcək və bu məsələ öz həllini tapacaqdır. Sürücülərin əlavə narahatlıq keçirməyinə heç bir əsas yoxdur. Tezliklə yeni nümunəli sürücülük vəsiqəsinin təsdiqləndikdən sonra müddəti çatmış sürücülük vəsiqələri dəyişdiriləcəkdir.
Sorğu
Yeni dizaynımız necədir?