Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi (Bakıdan 70 kilometr cənub-qərb) Şıxlar bağ massivində yerləşən Azərbaycan vətəndaşı Rəhman Rəhmanlıya məxsus bağ sahəsində qeyri-ənənəvi dini təriqətin üzvləri tərəfindən gizli yaradılmış, azyaşlıların da dini ayinlərə cəlb olunduğu qanunsuz dini ibadətgah-dərsxana kompleksi aşkar edilib.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi birgə məlumat yayıb.
Məlumatda deyilir ki, qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan “məscid” adı altında gizli fəaliyyət göstərən həmin ərazidən dini ayrı-seçkiliyin təbliği məqsədi ilə qanunsuz yayılan çoxsaylı dini ədəbiyyatlar aşkar edilərək götürülüb.
Qeydə alınmış qanun pozuntuları müvafiq qaydada sənədləşdirilərək, qanunsuz dini ibadət-tədris sahəsinin fəaliyyəti dayandırılıb.
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində araşdırmalar davam edir.
Fəaliyyəti dayandırılmış ibarət-tədris kompleksinin kimlər tərəfindən yaradıldığı, onlar haqqında hansı tədbirlər görüldüyü barədə məlumat verilmir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?