Falçılıqla məşğul olub 50-yə yaxın qızı zorladığı iddia olunan Ramil Talıbov “Bizimləsən” proqramının qonağı olub.
O, şikayətçi olan qızların fikirləri ilə razılaşmadığını bildirib: "Mənim 40 yaşım var, ailəli olmuşam. Şikayətçilər rəfiqədirlər. Şəkillər çəkdirdiyim xanımla sevgili olmuşam, yaşamışıq. Bir restoranlara getmişik, oranın kameralarında da əks olunub. O şəkilləri mən yox, özü çəkib. Niyə iki qızın üzləri qapalıdır, mənim üzüm açıq? Xeyr ola? Bundan başqa, görüşdüyümüz vaxt gündə bir oğlan zəng edirdi ki, onun borcunu qaytar. Niyə mən verməliyəm? Özü bilir ki, hansı “vor”lardır. Bölmədə izahat da yazmışam. Çıxıb ağzına gələni mənim haqqımda danışırlar. Qanun-qayda var. Günahım olsa, cəzamı çəkəcəm. Məni hədələyirlər, amma mən şikayətçi olmadım. İş araşdırılır"./"Qafqazinfo)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?