Bir butulka pivəyə görə ABŞ-da polis zabiti gənc ananı yumruqlayıb.
Gundemeber.Biz bildirir ki, olay Nyu-Cersi ştatındakı Uayldvud şəhərinin çimərliyində baş verib.
Anım Günü (Memorial Day) münasibətilə istirahət edən və çimərliyə yollanan Emiliya Uaynman orada rəfiqələri ilə birlikdə pivə içirdi.
Əlində pivə butulkası tutmuş Emiliyaya polislər yaxınlaşaraq “Spirtli içmək üçün yetkinlik yaşına çatmalısınız” deyiblər, sənəd istəyiblər.
Filadelfiya ştatının sakini Emiliya da yetkinlik yaşına çatmadığını, amma çimərlikdəki gənclərin əksəriyyətinin pivə içdiyini deyib.
“Yetkinlik yaşına çatmamışların pivə içmələrinə mane olmaqdan savayı işlərinin olub-olmadığını soruşdum. Bunu eşidəndə polis sinirləndi, “Sizə icazə verərdim, amma indi sizinlə məşğul olacağam” dedi. Və məni vurmağa başladı”, – Emiliya Uaynman söyləyib.
O, çimərlikdə 18 aylıq qızı ilə birlikdə olmasına rəğmən, polislərin onu vurub yıxdıqlarını deyib.
“Polis məni başımdan vurdu, quma çırpdı. Sonra da “Sus, danışma!” qışqırdı. Bundan sonra məni boğmağa başladılar”, – 17 yaşlı E.Uaynman deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?