Bayram namazı iyunun 15-i, saat 09:00-da qılınacaq.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli söyləyib. O, Ramazan ayının son günü fitrə çıxarmaq lazım olduğunu deyib:
“Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
100 kiloqram arpa, buğda, kişmiş, un, xurma ərzaq növlərinin məbləğində fitrə zəkatı ayrılmalıdır. Ailə başçısı hər bir ailə üzvünün adından zəkat verə bilər”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?