GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Son 120 ilin dəhşəti: Sabah Azərbaycanda nə baş verəcək?

Son 120 ilin dəhşəti: Sabah Azərbaycanda nə baş verəcək?

Tarix: 2-07-2018, 17:08 Bölmə :Maraqlı Baxış: 385
Son 120 ilin dəhşəti: Sabah Azərbaycanda nə baş verəcək?


Azərbaycanda anomal istilər hökm sürür. Hətta son 120 ilin rekord temperatur göstəricisi qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilir ki, bu cür kəskin və riskli isti yaxın günlərdə də qeydə alınacaq və havanın temperaturu bəzi ərazilərdə 46 dərəcəyədək yüksələcək.

Hansı obyektlərdə iş dayanmalıdır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Lent.az-a bildirib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq havanın temperaturunun müsbət 41 dərəcədən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğusu olmayan örtülü binalarda bütün növ işlərin görülməsi dayandırılmalıdır: "Artıq bununla bağlı Dövlət Əmək Müfəttişliyi işəgötürənlərə xəbərdarlıq edib. Bildirib ki, havanın temperaturu müsbət 41 dərəcəni keçdikdən sonra işçilərin həyat və sağlamlığının qorunması üçün Əmək Qanunvericiliyinə əsasən zəruri tədbirlər görülməlidir. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkanlar yaradılmalı, onlara fasilələr verilməlidir. İş zamanı verilən fasilələr iş vaxtına daxil edilməlidir və bu zaman işçilərin təqsiri üzündən baş verməyən iş dayanması kimi qəbul edilməlidir. Ona görə də Dövlət Əmək Müfəttişliyi hələ bir neçə gün əvvəl işçilərin həyat və sağlamlığının qorunması məqsədi ilə zəruri tədbirlər görülməsinin qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən biri olduğunu diqqətə çatdırıb”.

Kəskin istilərə görə qeyri-iş günü elan oluna bilər?

F. Talıbov diqqətə çatdırıb ki, İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsinin tələbinin pozulmasına görə işəgötürənlər 1000 manatdan, 2000 manatadək cərimə oluna bilər: "Əgər hər hansı bir işçi tərəfindən bu cür istidə açıq havada işəgötürənlər tərəfindən işə məcbur edilməsi ilə bağlı şikayət daxil olarsa, bu zaman müfəttişlik araşdırma aparıb İXM-nin tələbinə əsasən müvafiq cəriməni tətbiq edə bilər”.

Hələlik bu məsələ ilə bağlı nazirliyə şikayət daxil olmayıb.

Bəs kəskin istilərə görə Azərbaycan ərazisində qeyri-iş günü elan oluna bilərmi? Nazirlik rəsmisi qeyd edib ki, qanunvericilikdə bununla bağlı məsələ yoxdur.

Həyatımızı necə qoruyaq?

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova Lent.az-a bildirib ki, isti günlərlə bağlı təcili tibbi yardım xidməti gücləndirilmiş iş rejiminə keçməyib: "Təcili tibbi yardım daim hazırdır və vətəndaşlar yaxınlıqdakı təcili tibbi yardıma hər zaman müraciət edə bilər”.

S.Əhmədova məlumat verib ki, nazirlik isti havalarla bağlı əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, əsasən baş ağrısı və halsızlıq simptomları ilə özünü büruzə verən günvurma ilə əlaqəli müraciətlər Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətində qeydiyyata alınır və nəzarətə götürülür. Vətəndaşlara günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında acıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, kifayət qədər sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda vətəndaşın durumuna nəzarət məqsədi ilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fəhlələri + 41 dərəcədə işlədənlər... - Nazirliyə kimlərdən şikayət edilib?

    Fəhlələri + 41 dərəcədə işlədənlər... - Nazirliyə ...

    18-07-2017, 13:26

  • 
  • Nazirlik sahibkarlara xəbərdarlıq etdi - "İşi dayandırın"

    Nazirlik sahibkarlara xəbərdarlıq etdi - ...

    8-08-2017, 12:12

  • 
  • “İşəgötürənlər məsuliyyət daşıyır”

    “İşəgötürənlər məsuliyyət daşıyır” ...

    4-02-2014, 17:15

  • 
  • Havanın temperaturu 26 dərəcəyədək yüksələcək

    Havanın temperaturu 26 dərəcəyədək yüksələcək ...

    10-05-2016, 13:08

  • 
  • Havanın temperaturu 20 dərəcəyədək yüksələcək

    Havanın temperaturu 20 dərəcəyədək yüksələcək ...

    22-03-2016, 15:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu