gundemxeber.az xəbər verir ki, saxta “din xadimi”, sektaçı Adnan Oktarın başçılıq elədiyi mütəşəkkil cinayətkar dəstənin 235 nəfər üzvü barəsində həbs qərarı çıxıb və bunlardan 186 nəfər yaxalanıb. Qalan şəxslərin də yaxalanması üçün gərgin iş aparılır. Təşkilatın xaricə qaçmış üzvlərinin də Türkiyəyə qaytarılması üçün iş aparılır. Adnan Oktarın əlaltılarının bir neçəsi, onların kod adları və təşkilatda gördükləri işlər barədə məlumatı diqqətinizə çatdırırıq:
Ulviye Didem ÜRER
Kod adı: Dido. Adnan Oktardan sonra təşkilatdakı iki nömrəli şəxsdir. Təşkilatın “Draqos” adlanırılan mərkəzində Adnan Oktar ilə birlikdə yaşayır. Hər məsələdə Adnan Oktarın “mən olmasam, ondan soruşun” dediyi adamdır. Adnan Oktarın nümayəndəsi kimi çıxış edə bilir. Təşkilatdakı hücrə sisteminin xaricində olan və hər şeydən məlumatlı olan 5 nəfərdən biridir. Müxtəlif şəxslərin təşkilata faydalı olması üçün sosial hesabları vasitəsilə onları cəlb edir.
Tarkan YAVAŞ
Qardaşlar qrupunun baş idarəçisidir. O da Adnan Oktarın adından çıxış etmək ixtiyarına malikdir. “Draqos”da yaşayır. Hüquq da daxil olmaqla, hər sahədə məlumatlıdır.
Merve BÜYÜKBAYRAK
Kod adı: Fevzi. Kandilli də yerləşən “Draqos”da Adnan Oktarla birlikdə yaşayır. İdarəçi bacıdır. Adnan Oktarın şəxsi işləri də daxil olmaqla, hüquq, Draqosa pul axını, dosyalar, evlərin kirayələnməsi, yaxud da alınıb-satılması, qrup evlərində qalan bacılar ilə bağlı işləri idarə edir. Kompüter sisteminə təşkilat barəsində həddən artıq məlumat yükləyir və onları şifrəli dosyalarda saxlayır. Draqosdakı kassanı idarə edir. Təşkilatı tərk edənlərə qarşı böhtan və gözdənsalma kampaniyalarının materiallarını yaradır. Təşkilatın hücrə sisteminin xaricində olan və bütün məlumatlardan xəbərdar olan 5 nəfərdən biridir.
Yeliz SUCU
Kod adı: Yellow. Draqos adı verilən təşkilat mərkəzində Adnan Oktar ilə birlikdə qalır. Merve Büyükbayrak ilə birlikdə təşkilatın Adnan Oktar ilə əlaqə saxlamasında əsas roldadır. İdarəçi bacıdır. Hüquq və pul axını da daxil olmaqla bütün məsələlərdə Merve Büyükbayrak ilə birlikdə idarəçi və nəzarətçi rolunu oynayır. Şifrəli fayllar içərisinə həddən artıq məlumat yükləyir. Təşkilatı tərk edənlərə qarşı aparılan qaralama kampaniyasına nəzarət edənlərdəndir. Hücrə sisteminə daxil olmayan və hər şeydən xəbərdar olan 5 məlumatlı şəxsdən biridir.
Alev BABUNA
Təşkilatın Kısıklıdakı evində yaşayır. Təşkilatın kassası olan idarəçi bacıdır. Tədbirlər üçün qardaşlara da təlimat verir. Ölkə daxilindən və xaricindən manekenlər və satılan qadınlar gətirmək üçün lazımi təşkilatçılıqla məşğuldur. Evdən bayıra tək buraxılmayan qızların yanında qrovulçu kimi də göndərilir. Hər gün maliyyə vəziyyəti ilə bağlı Adnan Oktara hesabat verir. Hücrə sisteminə daxil olmayan və hər şey barəsində məlumatı olan 5 nəfərdən biridir. Təşkilatın ehtiyacları üçün topdan alış-verişlərdə iştirak edir.
Aslı EFEOĞLU
Kod adı: Maviş Aslı. “Draqos”da Adnan Oktarla birlikdə qalır. İdarəçi bacıdır. Bacılar qrupuna aid bütün məsələlərdə söz sahibidir. Təşkilata məxsus qrup evlərində daxili işləri idarə edir. Təşkilatı tərk edənlərə qarşı qaralama kampaniyalarında fəal iştirak edir...
Sinem Hacer TEZYAPAR
Kod adı: Gelin. Xarici işlər lobbi işlərinə cavabdeh idarəçi bacı. Adnan Oktarın adından bütün beynəlxalq lobbi fəaliyyətini Ege Koç ilə idarə edir. Xüsusilə də, İsrail və İtaliya başda olmaqla, bütün xarici siyasətçilərlə əlaqə saxlayır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?