Ankaranın 17-ci Ağır Cinayətlər Məhkəməsi doğma qızına təcavüz edən Yuqoslaviya əsilli iş adamı Fatih Oflazla bağlı qərar çıxarıb.
gundemxeber.az xəbər verir ki, qərara əsasən, yeddi il boyunca qızına təcavüz edən Oflaz 18 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlumatlara görə, 17 şirkəti və 200 işçisi olan Oflaz 7 yaşından 15 yaşınadək qızına təcavüz edib.
Şira Oflaz məsələ ilə bağlı mediaya açıqlama verdikdən sonra Türkiyə polisi araşdırmaya başlayıb və nəticədə iş adamı saxlanılıb.
Qeyd edilib ki, uşaq yaşlarından cinsi təcavüzə məruz qalan Şira Oflaz 2013-cü ildə məsələni anasına danışıb və o vaxtdan bəri psixoloji müalicələr alıb.
Hazırda iş adamının əlində “Eurosport Türkiyə”, “Eurosport 2 Türkiyə”, BBC HD, “SciTech TV”, 10 ədəd kino, HD idman və “ Kidz” kimi uşaq kanalları var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?