Adnan Oktar və qruplaşmasına qarşı keçirilən əməliyyatda saxlanılan "kedicik”lərlə bağlı ortaya yeni detallar çıxır.
Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, qadınlara hər gün bipolar pozuntulara qarşı istifadə edilən, sakitləşdirici təsiriə malik "litium" həbi verilirmiş. Qalxanabənzər vəz və böyrəklərdə yığılan bu həbin beyinə daxil olması və təmizlənməsi yavaş-yavaş baş verir. Böyrək vasitəsilə orqanizmdən çıxan həblərin təsirindən xilas olmaq üçün uzun müddət lazımdır. Bu üzdən "kedicik”lərin düzgün ifadə vermələri üçün bu həblərin təsirindən təmizlənmələri gözlənilir. Polis mənbələrinin texniki araşdırmasına görə, "kedicik”lərin çoxu qruplaşmaya təhdid yolu ilə daxil olub. Qrupa daxil olan qadınların 90%-i oradan asılı hala gətirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?