Qurduğu cinayətkar qrupun fəaliyyəti ilə bağlı həbs edilib, Edirne Cəza Evinə göndərilən Adnan Oktarın həbsdəki durumu ilə bağlı yeni bir detal ortaya çıxıb.
gundemxeber.az xəbər verir ki, A.Oktar üçün “əmanət pul” hesabı yaradılıb və o, həftədə cəmi 300 lirə xərcləyə biləcək.
A.Oktar türmədəki iki həftəsini artıq geridə qoyub. İlk iki günü həbsxananın özəl bölümündə keçirən Oktar daha sonra psixoloji və bədən sağlamlıq müayinələrindən sonra 3 nəfərlik kamerada təkbaşına saxlanmışdı. Oktarın türmədə riayət etməli olduğu bəzi qaydalar var.
Azadlıqda olarkən lüks və dəbdəbəli həyatı ilə diqqət çəkən Oktar qanuni düzənləmələr əsasında türmədə nəğd puldan istifadə edə bilməyəcək. Oktar üçün “əmanət pul” hesabı formalaşdırılıb.
Oktarın vəkili və ya yaxınları tərəfindən bu hesaba köçürülən pul onun türmə ehtiyacları üçün istifadə ediləcək. Amma bu ehtiyaclar həftəlik 300 lirədən artıq olmamalıdır. Oktar nəğd puldan istifadə edə bilməyəcək və yeməkxanadan nəsə almaq istəyəndə çek yazıb dolduracaq. Bu çeklə tələb etdiyi məhsulların pulu isə hesabından kəsiləcək.
Sorğu
Yeni dizaynımız necədir?