Çərşənbə günü səhər sürgündə olan Türkiyənin din xadimi Fətullah Gülənin Penselvaniya ştatındakı iqamətgahına girməyə çalşan silahlı şəxs təhlükəsizlik işçiləri tərəfindən uzaqlaşdırılıb.
Pensilvaniya polisinın həmin ərazidə axtarış aparmasına baxmayaraq, hücum edən şəxsi tapa bilməyib. Polis insidentlə bağlı təhqiqat aparıldığını bildirib.
Gülən qrupu isə hücumun arxasında Türkiyə hökumətinin durduğunu deyir.
Türkiyə Fətullah Güləni 2016-cı ilin iyul ayında baş tutmayan çevriliş cəhdində günahlandıraraq, onu terrorçu adlandırıb və Birləşmiş Ştatlardan onun ekstradasiyasını istəyib. Lakin ABŞ Türkiyənin bu tələbini rədd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?