Jurnalist Camal Kaşıkçının qətlə yetirildiyi anın səs yazısı onun “Apple Watch” qurğusuna yazılıb
Səudiyyə Ərəbistanının itkin düşmüş jurnalisti Camal Kaşıkçının dindirildiyi və qətlə yetirildiyi anın səs yazısı onun “Apple” saatının qeydiyyatına düşüb.
GundemXeber.Az “Sabah” qəzetinə istinadla xəbər verir ki, Kaşıkçı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun binasına daxil olmamışdan əvvəl “iPhone” smartfonunu nişanlısına verib və “Apple” saatını səs yazısı rejiminə keçirib. Smartfon jurnalistin qolundakı “Apple Watch” ilə sinxronlaşıb. Nəticədə dindirilmə, işgəncə və qətlin səs yazısı avtomatik olaraq “iPhone” smartfonuna ötürülüb və sonra “Apple iCloud” proqramına yüklənib.
Səudiyyə Ərəbistanının kəşfiyyat nümayəndələri saatı jurnalistin qolunda gördükdən sonra oradakı məlumatları silməyə cəhd etsə də səs yazılarının bəziləri qorunub. Nəticədə qətlin baş verdiyi və cəsədin hissələrə bölündüyü məlum olub.
Sorğu
Yeni dizaynımız necədir?