Türkiyənin prezidenti Ərdoğan, Məclisdə partiyasının qrup toplantısında çıxış edərək Suriyada Fərat çayının şərqində işğal etdiyi torpaqlarda təhlükəli davranışlara yol verən PKK/YPG terrorçulara və himayədarlarına da mesaj göndərib.
Ərdoğan çıxışında bunları söyləyib: “Suriya məsələsini həll etmədən gələcəyə inamla baxa bilmərik. Suriyada yenidən əmin-amanlığı təmin etmək həm də sədaqətimizin gərəyidir. İşin əsli 15 iyul dövlət çevrilişi cəhdinin arxasında fikirlərdən biri Türkiyəni Suriyada aparılan layihə məsələsində passiv vəziyyətə salmaq idi. Fərat Qalxanı və Zeytun Budağı əməliyyatlarını uğurla həyata keçirdik. İŞİD və PKK/PYD-yə böyük zərbələr endirdik. Beynəlxalq ictimaiyyət və Ərəb qardaşlarımız hansı niyyətlə ora getdiyimizi anladı. İdlibdə böyük bir insanı böhranın qarşısına keçərək, Suriya xalqının yanında olduğumuzu göstərdik. Bunları böyük ölçüdə Rusiya ilə birlikdə həyata keçirdik. Zirvədən sonra da dediyim kimi, Suriyadakı böhranda beynəlxalq ictimaiyyətin də yetərli addımı atmamasının payı var. Beynəlxalq ictimaiyyətin daha güclü olmasını arzu edirik. Dünya ictimaiyyətinin İŞİD oyununa aldanmayacağına inanırıq. İŞİD oyunu ilə Suriyanı qana bulaşdırmaq istəyənlərə heç vaxt yol verməyəcəyik. Bu barədə hazırlıqları başa çatdırdıq. Yaxında təsirli əməliyyatlarla terror təşkilatının təpəsinə minəcəyik. Bir gecə qəflətən gələ bilərik.”
Sorğu
Yeni dizaynımız necədir?