Fransada keçən avqust ayı 13 qadına təcavüz edən manyak tutulub. AzEuroNews.com xəbər verir ki, hadisə Fransanın Rennes şəhərində qeydə alınıb. Belə ki, 27 yaşında bir gənc parkda gəzən qadınlara təcavüz edərək qaçırmış.
Təcavüzə məruz qalmış qadınların polisə şikayəti zamanı məlum olub ki, o bir ayda 13 qadını parkda zorlayıb.
İdman geyimli, günəş eynəyi taxan və velosipedlə gəzən şəxsi tapmaq elə də çətin olmayıb. Təcavüzə məruz qalmış qadınlardan biri polisə kömək edərək onun tutulmasını tezləşdirib.
Saxlanılan şəxs polis idarəsində ilkin ifadəsi zamanı cinayət əməlini etiraf edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?