GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Sabahdan varlı və tez aşiq olanların dövranı başlayır

Sabahdan varlı və tez aşiq olanların dövranı başlayır

Tarix: 22-11-2018, 17:23 Bölmə :Maraqlı Baxış: 810
Sabahdan varlı və tez aşiq olanların dövranı başlayır


Noyabrın 22-də Bakı vaxtilə saat 13:01-də Oxatan bürcü start götürəcək

Hələ orta əsrlərin astroloqları təyin etmişdilər ki, bu bürc altında dünyaya gələnlər yalnız dahilərdir. Ona görə də bu işarəyə aid olan adamları yüksək mənsəb sahibləri hesab edir, onlara mühüm peşələrdə işləmək üçün şərait yaradırdılar.
Bundan əvvəlki dövr - Əqrəbin hakimiyyətdə olduğu ərəfə insanlara ehtiras, enerji, güclü fəaliyyət və münasibətlərdə gərginlik verirdisə, Oxatan nisbətən fərqli mövqedə durur. Belə ki, himayəsinə daxil olduğumuz bu Zodiak işarəsi cəmiyyətdə gedən kəskin proseslərə, qarşıdurmaya nisbi sakitlik təlqin edir. Onun "hakimiyyəti" dövründə insanlara səadət, firavanlıq və dostluq kimi qiymətli amillər bəxş olunur. Bu ərəfədə hər bir şəxs güzəştə getməyi bacarmalı, barış mövqeyindən çıxış etməlidir. Münəccimlərin fikrincə, yalnız bu yolla Oxatanın himayədarlıq etdiyi dövr düşərli ola bilər. Bir amili də nəzərinizə çatdıraq ki, bəhs etdiyimiz zaman kəsiyində daha çox biznesmenlərin bəxti gətirir. Odur ki, pullanmaq istəyənlər bəri başdan ölçü götürməlidirlər.

Ulduzlar sistemində 9-cu yeri tutan bu bürc təxminən noyabr ayının 22-dən başlayaraq dekabrın 21-nə qədər (30 gün) davam edir. Ünsürü od, planeti Yupiter, uğurlu günü cümə axşamı, uğursuz günü şənbə, düşərli rəqəmi 5, numeroloji rəqəmi 9, uğurlu çiçəyi nərgiz, enerjisini artıran ağacı tut və ağcaqayın, metalı qurğuşundur.
Oxatan bürcü ulduzlar sisteminin təqribən 867 kvadrat dərəcəlik sahəsini tutur. Onun tərkibinə adi gözlə görünən 115 ulduz daxildir. Qalaktikamızın nüvəsi də məhz Oxatan bürcündədir. Onun 10 kürəvi və səpilmiş ulduz toplusu, habelə üç parlaq və iri Diffuz dumanlığı var. Onları hətta kiçik teleskopla və ya güclü durbinlə də müşahidə etmək mümkündür.
Oxatan bürcünün himayədarı Yupiterdir. Bu planet astronomik hesabla beşinci sırada yerləşir. Qədim əsatirlərdə Yupiter Roma imperiyasının baş allahı, göylərin, allahların, o cümlədən insanların hakimi kimi təqdim olunur. Məhz onun şərəfinə bu planeti Yupiter adlandırıblar. Qədim babillilərdə isə onu "Böyük xoşbəxtlik planeti" hesab edirdilər. Haqqında danışdığımız planet Göy qübbəsində Ay və Veneradan sonra Yerə ən parlaq işıq saçan obyektdir. Onun radiusu 71300 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimlikdir.
Parıldayan, sehrli gözlər, bəzənsə hiyləgər baxışlar, zahiri gözəllik, istənilən adamla dil tapmaq bacarığı, görüb-götürmək istedadı, xeyirxah və özünü sevdirə bilən... Oxatan bürcündən söz düşəndə ilk növbədə sadaladığımız bu məziyyətləri bilmək vacibdir. Bu adamlar ilk növbədə hər şeyi açıq-aşkar və azad görməyi sevirlər. Onlar ürəyigeniş, yaraşıqlı, bəzi hallardasa qapalı və impulsiv olurlar. Belələri nadir hallarda aldanır və ya tənhalığa qurşanırlar. Bu bürcdən olanlar öz dəqiqliyi və uzaqgörənliyi ilə həmişə öz yoldaşlarından seçilirlər. Hələ çox-çox qədimlərdə Babilistan münəccimləri Oxatanların təmkinli xarakterə və fəlsəfi təbiətə malik olduğunu bildirirdilər.
Başqa bürclərdə olduğu kimi bu Zodiak da özündə ikili xüsusiyyət cəmləşdirir. Belə ki, onlar bir tərəfdən cəsur, sərbəst, digər tərəfdənsə, barışmaz və kobuddurlar. Oxatan sərgüzəşt və macəraları sevir, istənilən ağıllı mübarizədə igidlik göstərməyi bacarırlar. Qədim mənbələrə görə, bu bürcdən olanlar gah kimisə fəlakətdən xilas etməli, gah harayasa tələsməli, gah da kiməsə yol göstərməlidir. Onların əsas xüsusiyyətləri məğlubedilməzlik və nikbinlikdir.
"Qoroskopdan pis xəbər" adlı kitabda bu bürc haqqında deyilir: "Hədsiz dərəcədə kobud və ədəbsiz olan bu cür insanlarla münasibətdə istənilən xoşagəlməz hadisə baş verə bilər. Belə ki, metro və avtobuslarda gedərkən o, başqalarının ayağını tapdalayar və dava düşər, restoranda yeyib-içər və camaatla əlbəyaxaya çıxar və s. İş fəaliyyətinə gəldikdə isə Oxatanlar çox yönsüz olduğundan işlədikləri idarəni iflasa uğrada bilərlər. Bu cür insanlar iş yerindəki bütün sənədləri qarışdırır və texniki avadanlıqları yarıtmaz hala salırlar. Onlara elə gəlir ki, bu cür xırda şeylərə baş qoşmaq yox, qlobal işlər haqqında düşünmək lazımdır".
Amma bizim qənaətimizcə, Oxatanların müsbət keyfiyyətləri daha çoxdur. Fiziki cəhətdən güclü olan belələri həmişə yüksək ideyalarla yaşasalar da, hərdəmxəyal və ya hissə qapılan deyillər. Əksinə, həmişə öz perspektivlərini həyata keçirmək məqsədilə bütün güclərini səfərbər edirlər. Ədalət tərəfdarı olduqlarından, nadir hallarda hiyləgərlik edirlər. Oxatanların, demək olar ki, hamısı səfərlərə çıxmağı, riskə getməyi, bəzən də qarmaqarışıqlıq yaratmağı xoşlayırlar. Ən dəhşətlisi odur ki, belə adamların ən azı 50 faizi uzun ömür sürmür. Onlar nadir hallarda yorğan-döşəkdə, öz doğmaları arasında vəfat edirlər. Böyük siyasətlə məşğul olan Oxatanların əksəriyyəti sui-qəsdin qurbanı olur və ya sürgün həyatı yaşayırlar (Fridrix Engels, İosif Stalin, Leonid Brejnev, Rəsul Quliyev və b.).
Bəri başdan bildirək ki, bu adamlar çox bədxərcdir. Pulu xərcləməyə başladılarsa, heç cür dayana bilmirlər. Xəsislik hissi onlara yaddır (xüsusilə də, əgər söhbət onlara əziz olan adamlardan gedirsə). Belələri maliyyə imkanlarını nəzərə almadan bahalı və dəbdəbəli hədiyyələr bağışlayırlar. Pulsuzluq dövrü yetişdikdə, qənaət etmək lazım gəldikdə isə Oxatanlar özlərini kədərli və bədbəxt hesab edirlər. Onlar sərbəst pul xərcləmə imkanından ləzzət alırlar.
Yaradıcılıqda isə bu adamlar təkrarçılığa meyllidirlər. Onların yaradıcılığında istedadlı insanların təsiri hiss olunur.
Karmik yanaşmalara gəlincə, Oxatanın əsas ideyası azadlıqdır və bu ideya hər şeyə münasibətində aydın nəzərə çarpır, xüsusilə də nigaha dair düşüncələrində. O, dünyanı bir tam kimi qəbul edir, bu bütövlüyə yeni ideya bağışlamaqla bərk məşğul olduğundan konkret insanların hisslərinə vaxtı çatmır. Oxatan son dərəcə xeyirxah, alicənab fərddir. O, təkrarolunmaz məlahətə malikdir, amma müntəzəm surətdə ətrafa səhv qiymət verir, laqeydlik göstərir. Lakin ümumilikdə yüksək dairələrdən informasiya aldığı üçün adətən hər şeyi dolğun şəkildə təsvir edir. Oxatan asanlıqla bir işdən başqa bir işə yönələ bilir. Buna görə də onun əsas problemi diqqətsizlik və məsuliyyətsizlikdir.
Ali Oxatan Tanrı Həqiqətlərini insanlara ötürən liderdir. Onun idarə etdiyi sahələrdə İNSAN vasitəsilə ali ideyalar sanki bəşəriyyətə yayımlanır. Bu ideyalara fəlsəfi və dini xarakter xasdır. Oxatanın beyni ideyalarla doludur, lakin o, ideyalarını heç kimə zorla yeritmir, daha çox bu ideyaları işıq kimi ətrafa saçır. Oxatanın kosmik sevgisi onun Ali Başlanğıca can atmasıdır və bu Ali Başlanğıcı hər Oxatan öz bildiyi formada edir. Buna baxmayaraq ali canatmanı hər bir Oxatan içində hiss edir. Onların nikbinliyinin və həyatsevərliyinin kökündə də məhz bu meyl durur.
Bu bürcdən olan qadınlarda da fərqli cəhətlər çoxdur. Müasir astrologiyanın təbirincə desək, Oxatan-qadınlar daha çox kişi xarakterinə malik olur, dostları arasında əks cinsdən olanlar böyük çoxluq təşkil edir. Bir amili də nəzərinizə çatdıraq ki, sözügedən Zodiaka malik zərif məxluqlar arasında əsl qadın xarakterini daşıyanlar olduqca cüzi faiz təşkil edirlər. Həm də onlar qadında olan bütün müsbət keyfiyyətləri özlərində toplayırlar. Onlar əksər hallarda ailədə aparıcı mövqeni əldə saxlamağa çalışır və buna nail olurlar. Söz ki ailədən düşdü, gəlin, bu bürcdən olanların sevgi həyatına da səyahət edək...
Bu Zodiakda dünyaya gələn adamlar hamı kimi sevib-sevilməyi də bacarırlar. Əgər məhəbbət aləmində kobudluq, hərdəmxəyallıq, tez qızışmaq kimi hallar olmasa, bu adamlar "ilan"la da yola gedə bilərlər. Ən əsası odur ki, Oxatanlar qısqanc deyillər. Amma bu heç də hər şeyə göz yummaq kimi başa düşülməməlidir. Çünki belələrinin qəzəbinə gəlmək dözülməzdir. Əgər tərəf-müqabilləri onları qane etmirsə, Oxatanlar onlardan asanlıqla imtina edir. Bir sözlə, bu bürcdən olanlar öz adlarını təmiz saxlamaq naminə hər şeyə gedirlər.
Oxatanlar digər bürclərdən fərqli olaraq daha tez vurulurlar. Amma sevgi məsələlərinə həmişə inamsız yanaşır, "onsuz da alınmayacaq" deyə düşünürlər. Hətta bəzən toya bir həftə qalsa belə, onlar sevdiklərinə qovuşacaqlarına inanmırlar. Əlbəttə ki, söhbət yüksək həyat təcrübəsinə malik olan aktiv Oxatanlardan getmir. Əgər kimsə, qəlbində bu bürcə yer ayırıbsa, ona məsləhət görərdik ki, öz tərəf-müqabilinin inamını qırmasın. Oxatanın təkliflərini eşitsəniz, söz güləşdirməsəniz, birgə xoş günlər yaşayacaqsınız.
Bu bürclülər astrologiya sahəsində daha çox biznesmen kimi məşhurdur. Onlar hətta kimsəsiz səhraya düşsələr belə, qısa vaxtda ən böyük mənsəb sahibinə çevrilə bilirlər. Bundan başqa, Oxatanlar daha çox siyasətə, elmə maraq göstərirlər. Onlar mistik elmlərə, cadugərlərə, fal açanlara, hətta qoroskopa qeyri-ciddi yanaşırlar. Bu adamlarda böyük bir kütləni öz arxalarınca aparmaq istedadı var. Onların fəallığı və mübarizliyi həmişə diqqət mərkəzində olur. Hətta onların "paxırı" olsa belə, özləri istəməsə, heç kim bunu aça bilməz. Bir sözlə, həyatın əksər sahələrində "ilişmirlər".
Peşə astrologiyasına görə, haqqında danışdığımız bürcün sakinləri dənizçi, hərbçi, alim, rəssam və bu kimi digər peşələrə yiyələnə bilərlər. Amma yuxarıda dediyimiz kimi, onların əsas qayəsi böyük biznes və siyasətdir.

Səbuhi RƏHİMLİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xoruz ili hansı zodiak illəri üçün düşərli olacaq?

    Xoruz ili hansı zodiak illəri üçün düşərli olacaq? ...

    12-12-2016, 21:55

  • 
  • Bürclər hansı xüsusiyyətləri ilə FƏXR ETMƏYƏ LAYİQDİR?

    Bürclər hansı xüsusiyyətləri ilə FƏXR ETMƏYƏ ...

    22-03-2017, 22:57

  • 
  • Bürclərimizdəki xüsusiyyət

    Bürclərimizdəki xüsusiyyət ...

    9-02-2016, 21:57

  • 
  • Universitetə qəbul olanların qeydiyyatı sabahdan başlayır

    Universitetə qəbul olanların qeydiyyatı sabahdan ...

    19-08-2013, 11:26

  • 
  • Sabahdan Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayır

    Sabahdan Azərbaycanda ali məktəblərə ixtisas ...

    28-07-2017, 11:33


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu