GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Amerikada jurnalistlər nə qədər qazanir?

Amerikada jurnalistlər nə qədər qazanir?

Tarix: 24-07-2013, 14:11 Bölmə :Maraqlı Baxış: 781
Amerikada jurnalistlər nə qədər qazanir?
Məktəb yaşlarında Sovet İttifaqı üçün ABŞ-da nəşr olunan “Amerika” jurnalını əvvəlindən axıradək oxumağı sevirdim. Jurnal sovet adamlarını Amerika haqda məlumatlandırmaq üçün Dövlət Departamenti tərəfindən nəşr edilirdi.

Jurnalın nüsxələrindən birində ABŞ-ın NBC tele-şirkətində xəbər proqramının o zaman aparıcısı olmuş Cessika Saviç haqda məqalə oxumuşdum. Tanınmış aparıcının jurnalın səhifələrində ofisi və evində çəkilmiş foto-şəkillər yerləşdirilmişdi. Bu fotolar məndə onun tam fərqli bir dünyadan zəngin və özünə arxayın bir qadın olduğu haqda təəssürat yaratmışdı.

ABŞ-da karyera və iş yerləri haqda CareerCast saytına əsasən, 10 ən stresli peşələrdən biri qəzet müxbiridir. Bunun əsas səbəbi müxbirlərin üzərinə düşən məsuliyyət və onların yüksək ictimai statusu ilə izah edilir.

​​İllər keçdikdən sonra artıq Amerikada tanınmış tele aparıcıların həyatı haqda daha geniş və daha dəqiq məlumatım oldu. Böyük ekranda böyük xəbərlərin ulduzları həqiqətən də böyük gəlirlərə və nüfuza malik insanlardır.

ABŞ-da karyera və iş yerləri haqda CareerCast saytına əsasən, 10 ən stresli peşələrdən biri qəzet müxbiridir. Bunun əsas səbəbi müxbirlərin üzərinə düşən məsuliyyət və onların yüksək ictimai statusu ilə izah edilir

​​ABŞ-da media işçilərinin gəlirləri və ictimai nüfuzu hər il Forbes, Huffinqton Post kimi mötəbər dərgilər tərəfindən açıqlanır. Bu siyahılara nəzər salsaq, tanış adlara rast gələ bilərik.

​​CNN tele-şirkətinin tanınmış aparıcısı Volf Blitser 3 milyon dollar illik gəlirlə ən zəngin media işçilərinin siyahısında ən yüksək yerləri tutmur. ABŞ seçkiləri zamanı 24 saat efirdən demək olar düşməyən Volf Blitser hər gün 2 saat analitik proqramında ölkədə və dünyada baş verən hadisələri təhlil edir.

​​ABC şirkətinin “Meet the Press” ( mətbuatla görüş) proqramının aparıcısı Corc Stepanopulosun illik gəliri 5 milyon dollardır. Həftənin ən başlıca hadisələri bu proqramda ABŞ Konqresi və administrasiyanın yüksək səviyyəli nümayəndələri tərəfindən müzakirə edilir.

CNN tele-kanalında hər axşam canlı yayımda iki saat sürən “Anderson Live” proqramının təsisçisi və aparıcısı Anderson Kuper 11 milyon dollarla Amerika tele-məkanında ən yüksək gəlirə malik jurnalistlərdən biri hesab edilir. Hər axşam efirə çıxan proqram Amerikada gənc tamaşaçılardan ibarət ən böyük auditoriya toplayan proqramlar arasında göstərilir. Anderson Kuperin populyarlıq səviyyəsini onun 2012-ci ildə Nyu-Yorkda Madam Tüsso muzeyində mum heykəlinin açılışı ilə ölçmək olar.

​​Lakin məsələ təkcə yüksək gəlirlərlə bitmir. Forbes jurnalı hər il media sahəsində nüfuzlu adamların siyahısını dərc edir. Bu siyahıda adları göstərilən aparıcı jurnalistlər təkcə böyük maliyyə deyil, həm də cəmiyyətdə yüksək mövqe tutur. Bu nüfuz onlara xəbərləri qərəzsiz çatdırmaqla yanaşı ictimai hadisələrə öz münasibətini bildirmək imkanı verir. Cəmiyyət də onların fikirlərinə diqqət verir. Beləliklə, istər yayım mediası, istərsə də mətbu orqanlarda çalışan jurnalistlər və ictimaiyyət arasında münasibət yaranır. Forbes dərgisinin nüfuzlu media adamları siyahısında bir neçə tanınmış qadın jurnalisti göstərmək istəyirəm.

​​​​Hufftington Post media şirkətinin təsisçisi və baş redaktoru Arianna Hafftinqton 2013-cü ildə Forbes jurnalının siyahısında dünyada 100 ən nüfuzlu qadın arasında 63-cü yerdə göstərilib. Onun 8 il bundan əvvəl yaratdığı media qurumuna 250 milyondan çox şərh daxil olub.

​​ABŞ-ın ən nüfuzlu qadın jurnalistlərindən biri, ABC şirkətinin aparıcısı Dayan Soyer Forbes jurnalının siyahısında 73-cü yerdə göstərilib. Amerikada qadın jurnalistlərin professional karyera qura bilməsində böyük rolu olmuş Dayan Soyer media sahəsində ən tanınmış və nüfuzlu adlardan biridir. Dünyanın bir çox liderləri ilə müsahibələr keçirmiş və artıq məşhurlar və Hollivud ulduzları kateqoriyasına daxil olan Dayan Soyerin illik gəliri 12 milyon dollardır.

​​​​​CNN tele-şirkətinin tanınmış aparıcısı Kristian Amanpur Forbes jurnalının 2012-ci ildə hazırlanmış siyahısında dünyanın ən nüfuzlu 100 qadını arasında 53-cü yerdə göstərilib. 1991-ci ildə ABŞ-ın birinci Körfəz müharibəsi zamanı və 1990-cı illərin əvvəllərində Sarayevodan reportajları ilə hərbi müxbir qadın obrazını Amerika televiziyasına gətirmiş Amanpurun ümumi varidatı 12 milyondan yüksəkdir.

Media sahəsi dəyişir və müasirləşir, jurnalistlər də bu çətin, məsuliyyətli, stresli dünyada qərəzsiz və etibarlı xəbərləri ictimaiyyətə çatdırmaq kimi yüksək missiyanı gəlirlərindən asılı olmayaraq yerinə yetirməyə davam edir.

​Təbii ki media sahəsində çalışan jurnalistlərin çoxu yüksək gəlirlilər kateqoriyasına aid edilmir. Amerikada media sahəsinə yeni gələn jurnalistlərin maaşı orta hesabla 36 min dollar kimi göstərilir. Redaktorlar, tele-radio şirkətlərində yazarların maaşları 60 min dollar və bundan yuxarıdır. Daha böyük media bazarında maaşlar və tələblər daha yüksəkdir. Bunlara baxmayaraq, gəlirindən asılı olmayaraq, media işçiləri cəmiyyətdə statusa malikdir.

ABŞ-da karyera və iş yerləri haqda CareerCast saytına əsasən, 10 ən stresli peşələrdən biri qəzet müxbiridir. Bunun əsas səbəbi müxbirlərin üzərinə düşən məsuliyyət və onların yüksək ictimai statusu ilə izah edilir.

Jurnalistlər cəmiyyətdə xüsusi statusa malikdir. Media sahəsi dəyişir və müasirləşir, jurnalistlər də bu çətin, məsuliyyətli, stressli dünyada qərəzsiz və etibarlı xəbərləri ictimaiyyətə çatdırmaq kimi yüksək missiyanı gəlirlərindən asılı olmayaraq yerinə yetirməyə davam edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlhamiyyə Rza ANS-dən getdi

    İlhamiyyə Rza ANS-dən getdi ...

    24-05-2016, 23:45

  • 
  • GİPA tələbə qəbulu elan edib

    GİPA tələbə qəbulu elan edib ...

    29-03-2016, 14:53

  • 
  • GİPA tələbə qəbulu elan edib

    GİPA tələbə qəbulu elan edib ...

    29-03-2016, 15:18

  • 
  • ABŞ ordusunda yüksək vəzifə tutan azərbaycanlı kimdir?

    ABŞ ordusunda yüksək vəzifə tutan azərbaycanlı ...

    17-03-2016, 20:26

  • 
  • Dünyanın ən nüfuzlu cütlükləri (FOTOSESİYA

    Dünyanın ən nüfuzlu cütlükləri (FOTOSESİYA ...

    28-05-2013, 23:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu