7 həftəlik övladının burnunu dişləyib, döyən yeniyetmə ata həbs olunub.
Gundemxeber.az Milli.Az-a istinadla xəbər verir ki, 16 yaşındaykən oğlunun kəllə sümüyünü qıran Dolton Filips (Doulton Phillips) ömürlük azadlıqdan məhrum edilib. İngiltərənin Hempşir qraflığının Vinçester şəhər məhkəməsində Dolton Filipsə hökm oxunub. O, ömrünün minimum 15 ilini həbsxanada keçirəcək. Xəsarət alan uşağın 18 yaşlı anası isə 30 ay müddətinə polis nəzarəti altında saxanılacaq. Məhkəmədə bildirilib ki, ata oğlunu döyərkən sərxoş, eyni zamanda da narkotik maddənin təsiri altında olub. Analizlərin nəticəsində görə Reqqi Filips adlı körpənin kəllə sümüyü və ayaqları qırılıb. O, xəstəxanaya çatdırılsa da, qısa müddət sonra dünyasını dəyişib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?