GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » ​Azərbaycanda məhbusların İNTİM HƏYATI: Qadın yoxdursa, meydan...

​Azərbaycanda məhbusların İNTİM HƏYATI: Qadın yoxdursa, meydan...

Tarix: 28-12-2018, 14:44 Bölmə :Maraqlı Baxış: 742
​Azərbaycanda məhbusların İNTİM HƏYATI: Qadın yoxdursa, meydan...


Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhbuslara ildə bir neçə dəfə intim münasibət yaşamaq üçün şərait yaradılır

Normal intim həyat yaşamayan şəxslərdə aqressiya, psixoloji pozğunluq yaranır. Bu cür şəxslərdə, hətta zorakılıq halları da müşahidə etmək mümkündür. Mütəxəssislər də iddia edirlər ki, normal intim həyat yaşamayan şəxslərdə cinayətə meyllilik digərləri ilə müqayisədə daha yüksəkdir.
Bəlli səbəblərdən normal intim həyatdan məhrum olan şəxslərin bir qismi də məhbuslardır. Hətta bir çox ölkələrdə məhbuslar dəfələrlə intim münasibətlərinin təmin olunması üçün etiraz şüarları səsləndiriblər. Onlar "intim həyatımız olarsa, biz bu qədər aqressiv olmarıq" – deyə hökumət rəsmilərinə səsləniblər.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhbuslara ildə bir neçə dəfə intim münasibət yaşamaq üçün şərait yaradılır. Hüquqşünas Elvin Səlimov Sputnik Azərbaycan-a məsələnin hüquqi tərəfi haqda danışıb: "Azərbaycanda ümumi rejimli, ciddi rejimli, xüsusi rejimli və məntəqə tipli cəzaçəkmə müəssisələri və həbsxanalar var. Ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər il ərzində 48 qısamüddətli və 4 uzunmüddətli görüşlə təmin olunur".
"Uzunmüddətli görüşə məhkumların ailə üzvləri və yaxınları gələ bilərlər. Bu zaman məhkuma ailə üzvü ilə gecələmək imkanı verilir. Uzunmüddətli görüş 1-2 gün ola bilər. Qısamüddətli görüşlər isə saatlarla davam edir. Məhbus həbsxanadaxili qaydalara riayət etdikdə isə, ona əlavə olaraq il ərzində daha 4 uzunmüddətli görüş almaq imkanı verilir. Bundan əlavə həmin məhkumlar hər il cəzaçəkmə müəssisəsinin qərarı ilə qısa müddətdə hüdudlardan kənara səfər edə bilirlər" - hüquqşünas bildirib.
"Ciddi rejimdə cəzaçəkmə müəssisəsində ağır cinayətə görə ilk dəfə məhkum edilmiş, sonradan cəzasının qalan hissəsinin çəkilməsi üçün ümumi rejimli müəssisələrə göndərilən məhkumlara da görüş imkanı verilir. Onlar il ərzində 24 qısamüddətli, 3 uzunmüddətli görüş ala bilirlər. Cəzanın icrası qaydalarını pozmadıqda isə onlar il ərzində əlavə olaraq 12 qısamüddətli, 3 uzunmüddətli görüş ala bilərlər" – deyə o, əlavə edib.
E.Səlimov ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindəki vəziyyət haqda da məlumat verib: "Ciddi rejimli cəzaçəkmə müəssisələrində məhkumlara il ərzində 12 qısamüddətli, 2 uzunmüddətli görüş almaq hüququ verilir. Cəzanın icrası qaydaları pozulmadıqda isə əlavə olaraq 6 qısamüddətli, 2 uzunmüddətli görüş almaq hüququ verilir. Xüsusi rejimli cəzaçəkmə müəssisələrində isə məhkumlar il ərzində 6 qısamüddətli, 2 uzunmüddətli görüş ala bilərlər. Cəzanın icrası qaydaları pozulmadıqda onlara il ərzində 2 qısamüddətli, 1 uzunmüddətli görüş almaq hüququ verilir".
Müsahibimizin sözlərinə görə, məntəqə tipli cəzaçəkmə müəssisələrində məhbuslara məhdudiyyət olmadan qohumları və başqa şəxslərlə yazışmağa, görüşməyə imkan verilir: "Onlar hətta 12 saat cəzaçəkmə müəssisəsindən kənarda ola bilərlər. Həbsxana rejimində cəza çəkən məhkumların ümumi və ciddi saxlanma rejimi var. Ümumi saxlanma şəraitində məhkumlar qısamüddətli 4, uzunmüddətli olmaqla isə, 2 görüş almaq hüququna malikdir. Cəzanın icrası qaydalarını pozmadıqda və cəzanın yarısından çoxu çəkilmiş olarsa, bu zaman məhbus 1 uzunmüddətli görüş ala bilər".
"Ciddi saxlanma şəraitində cəza çəkən məhkumların uzunmüddətli görüşü yoxdur. Onlar yalnız 6 ayda bir dəfə qısamüddətli görüş almaq hüququna malikdirlər. Bundan əlavə, ömürlük azadlıqdan məhrum edilən məhbuslar var ki, onlar kameralarda saxlanılır. Belə məhbuslar il ərzində 6 qısamüddətli, 2 uzunmüddətli görüş ala bilirlər. Onlar cəzanın icrası qaydalarını pozmadıqda və təyin olunan cəzadan 10 ilini çəkmiş olduqları halda əlavə olaraq 2 qısamüddətli, 1 uzunmüddətli 1 görüş almaq hüququ qazanırlar" – E.Səlimov əlavə edib.
İki dəfə həbsdə olmuş Rauf Ağayev (ad şərtidir - red.) Sputnik Azərbaycan-a məhbusların intim həyatından danışıb. 2005-ci ildə 1 il 8 ay olmaqla Salyanda, 2012-2015-ci illərdə isə Bakıda Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşamış müsahibimiz bildirib ki, ailəli olduğu üçün ona həyat yoldaşı ilə görüşə icazə verilirmiş.
"Hər iki cəzaçəkmə müəssisəsində qayda-qanun çərçivəsində intim münasibətlərə icazə verilirdi. Bunun üçün dövlət rüsumu 15-20 manatdır. Subaylar isə yalnız həftədə bir dəfə ailəsi ilə görüşə bilirdilər. Lakin onlara intim münasibət üçün şərait yaradılmırdı. Çünki kəbinsiz və rəsmi nikah kağızı olmadan, heç bir halda bu, mümkün deyil" - həmsöhbətimiz qeyd edib.
R.Ağayev, həmçinin həbsxana daxilindəki arzuolunmaz vəziyyətdən də söz açıb: "Həbsxanada "üzdəniraq" adlanan kişilər vardı. Məhbus yanında bir yoldaşını da xəbərçi kimi aparmaqla "üzdəniraq" məhbusla, yəni "mavi"lərlə intim əlaqədə olurdu. Yuxarılardan bunu kimsə bilərdisə, o zaman dustaq cəzalandırılardı. "Mavi"lərlə cinsi əlaqədə olan şəxslərə heç də pis baxılmırdı. Amma onlarla eşq, məhəbbət yaşayanlara pis baxılırdı".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvi Çingiz Qənizadə açıqlamasında, məhbuslar üçün ayrılan xüsusi günlərin sayının artırılmasına ehtiyac olmadığını deyib: "Milli Məclisdə 4-5 il öncə bu məsələyə baxılmışdı, telefon danışıqları, şəxsi görüşlərin sayı iki dəfə artırılmışdı. Görüş günlərinin daha da artırılması ortaya müəyyən problemlər ata bilər".
"Mən həm də cəzaların icrası ilə bağlı ictimai komitənin üzvi kimi tez-tez cəzaçəkmə müəssisələrində olduğum üçün vəziyyətdən xəbərdaram. Bu müəssisələrdə görüş otaqlarının sayı məhduddur. Minədək məhkum olan cəzaçəkmə müəssisəsində var 10-15 görüş otağı var. Hər məhbus üçün 3 günlük görüş müddətini nəzərə almaqla, otaqları o qədər məhbus arasında bölmək çətindir" - deputat bildirib.
Həmsöhbətimiz mövcud qanunvericiliyin təqdirəlayiq olduğunu bəyan edib: "Dünyanın hər yerində belədir. Cəzaçəkmə müəssisəsi nə sanatoriyadır, nə də istirahət mərkəzi. Orada çoxsaylı yataqxana otaqları da yoxdur ki, məhkumlar ailələri ilə istədikləri vaxt görüşə bilsinlər. Onlar törətdikləri cinayətə görə müəyyən hüquqları məhdudlaşdırılmış şəxslərdir. O baxımdan hesab edirəm ki, hazırkı qanunvericilik kifayət qədər normaldır. Reallıq məhbuslar üçün ayrılan bu müddətin artırılmasına imkan vermir.".
Əlbəttə ki, törətdikləri əmələ görə, qanunvericiliyin tələblərinə uyğun olaraq məhbusların bir sıra istəkləri ilə yanaşı intim tələbatları da qarşılanmır. Psixoloq Asəf Kərimli bu baxımdan yarana biləcək problemləri Sputnik Azərbaycan-a belə şərh edib: "Yetkin insanın tələbatları arasında cinsi istəyin ödənilməsi təkcə fizioloji baxımdan deyil, həmçinin psixoloji, sosial baxımdan da qiymətləndirilməlidir. Cinsi tələbatın ödənilməsində yaranan məhdudiyyətlər bir çox problemlərə səbəb olur. Məhbusda şəxsiyyətin aşağılanması, natamamlıq hissi yaranır. Belə olan halda isə aqressiya pik həddə çatır. Bu aqressiya məhkumun həbsxanada olduğu ilk 6 ay-1 il ərzində özünü daha açıq şəkildə göstərir".
"Cəzaçəkmə müəssisəsindəki psixoloji mühit də ailə görüşləri zamanı partnyorla münasibətə mənfi təsir göstərir. Bəzən onların arasında heç bir münasibət alınmır. Belə olan halda da məhkumda özünə inamsızlıq formalaşır. Məhkum bütün bu hadisələrin fonunda impotent olmaq qorxusu ilə yaşayır. Belə şəxslər digərlərinin onun bu problemi haqda danışdığını düşünərək, hətta adi baxışlardan da qıcıqlanırlar. Yaranan bu problemlər gələcəkdə qısqanclığa, tərkedilmə qorxusuna gətirib çıxarır" – deyə psixoloq bildirib.
Həmsöhbətimiz onu da qeyd edib ki, bir çox hallarda rəsmi nikahın olmaması məhbuslar üçün əlavə çətinliklər meydana çıxarır. Ona görə də cəzaçəkmə müəssisəsində nikahın rəsmiləşdirilməsi üçün şərait yaradılır.
A.Kərimov intim həyatın məhdudlaşdırılmasının yaratdığı digər problemlərdən də söz açıb. Bildirib ki, belə olan halda məhbuslarda homoseksual münasibətlərə də meyl yaranır: "Sonradan belə münasibətlər vərdiş halını alır. Gənclərdə isə homoseksuallıq ciddi travmalara, günah hissinə və aşkar olunma qorxusuna səbəb olur".
"Cəzaçəkmə müəssisəsində elə şəxslər var ki, digərlərinə öz xidmətlərini təklif edirlər. Müəyyən səbəblərdən qadın partnyoru ilə görüşə bilməyən şəxslər üçün homoseksuallıq bəzən intihara da səbəb olur. Bu səbəbdən də bu məsələdə psixoloji amillər nəzərə alınmalıdır. Uzunmüddətli münasibətlərin olmaması nevroza səbəb olur. Nəticədə həmin şəxslərdə övladlarına və yaxınlarına qarşı aqressiv davranış müşahidə edilir. Bu səbəbdən ailə bağlarında da müəyyən problemlər yaranır" – deyə psixoloq əlavə edib.
Mütəxəssis mövcud problemlərin aradan qaldırılması üçün bir neçə təklif səsləndirib: "İlk növbədə penitensiar sistemin Avropa standartlarına uyğun qurulması təmin edilməlidir. Belə görüşlər üçün məhkumlara bir neçə günlük məzuniyyətin verilməsi daha məqsədəuyğun olardı. Bu, mümkün deyilsə, o zaman penitensiar xidmətdən kənarda məhkumla ailənin görüşünün təşkili müsbət addım kimi dəyərləndirilə bilər".
"Çünki ailə görüşləri cəzaçəkmə müəssisələrində qanun çərçivəsində həyata keçirilsə də, məhkumların böyük əksəriyyəti belə bir görüşün orada olmasını qəbul edə bilmir. Bundan başqa, penitensiar xidmətdə sosial və psixoloji, reabilitasiya və islah işlərinin həyata keçirilməsi sisteminin qurulması lazımdır" – deyə Kərimov əlavə edib./sputnik.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İTV-nin aparıcısına intim təklif - FOTO

    İTV-nin aparıcısına intim təklif - FOTO ...

    23-01-2014, 00:02

  • 
  • "Oqtayla intim münasibətim olub, olmayıb - özüm bilərəm"

    "Oqtayla intim münasibətim olub, olmayıb - ...

    3-12-2015, 16:06

  • 
  • İntim təklif alan aparıcı İTV əməkdaşı deyil- AÇIQLAMA

    İntim təklif alan aparıcı İTV əməkdaşı deyil- ...

    24-01-2014, 15:17

  • 
  • Aparıcı Vüsalə: "Bəzi vəzifə adamları mənə intim münasibət təklif ediblər"

    Aparıcı Vüsalə: "Bəzi vəzifə adamları mənə ...

    7-12-2015, 20:30

  • 
  • Azərbaycanda fahişə intim videosunu çəkib, Youtube'yə yerləşdirdi

    Azərbaycanda fahişə intim videosunu çəkib, ...

    23-02-2017, 22:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu