Quba sakininin həyətində aşkarlanan qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verilib.
Gundemxeber.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Quba rayonunda fərdi təssərrüfatlardan birində saxlanılan qonur ayı nazirliyin əməkdaşları tərəfindən götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.
Azərbaycanın "Qırmızı kitab"ına düşən qonur ayı baytar həkim tərəfindən müayinə olunub. Ayı mərkəzdə iki ay reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.
Sorğu
Yeni dizaynımız necədir?