GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Günün ulduz falı: 21 aprel 2019

Günün ulduz falı: 21 aprel 2019

Tarix: 21-04-2019, 11:28 Bölmə :Maraqlı Baxış: 546
Günün ulduz falı: 21 aprel 2019


Qoç – günün ilk yarısında enerji səviyyəniz yüksək olacaq. Situasiya sizə meydan oxusa da, maneələri dəf etməyə qüvvə və gücünüz var. Vaxt itirməyin, islahatlara və dəyişikliklərə başlayın. Prinsipial baxımdan mühüm anlaşma, müzakirə və ya sövdələşmələri təxirə salmayın.

Günün ikinci yarısında imici yeniləyin. Pəhriz saxlamağa başlayın. Səhhətinizin qeydinə qalın. Kredit götürmək və ya tam əksinə, borc vermək üçün əsla əlverişli zaman deyil.

Ehtiyatlı olun, sayıq davranın. Axşam saatlarında gəzintiyə çıxın.

Buğa – günün ilk yarısından etibarən aktiv olun. Fiziki işləri qulaqardına vurmayın. İradəli, qətiyyətli olun. Seçdiyiniz kursa, istiqamətə sadiq qalın. Çalışdığınız insanı aldatmayın. Yeni birgə layihə hazırlayırsınızsa, təfərrüatları və şərtləri əvvəlcədən razılaşdırın.

Günün ikinci yarısında şəriklərlə dil tapmaq çətin deyil. İdeal aramayın. Risk və eksperimentlər yalnız maddi durumuzu əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcək variantın reallaşdırılması ilə bağlı olarsa, faydalıdır.

Ümumi işlərdə süstlük etməyin. Axşam saatlarında normal istirahət edin.

Əkizlər – mühüm işə başlamayın, ciddi layihələr barədə düşünməyin. Başladığınız işləri bitirin. Aldığınız təklifləri dəyərləndirin. Düşünülməmiş, tələsik addımlar atmayın. Sonradan yerinə yetirilməsi çətin öhdəliklər götürməyin, vədlər verməyin.

Alış-veriş üçün əlverişli gün deyil. Əyləncə və nəzərdə tutulmamış səfərlərə çox pul xərcləməyin. Yaxınlarınız üçün yaxşı hədiyyələr seçin.

Xərçəng – impulsiv olmayın, emosiyaların təsiri altında hərəkət etməyin. Planların kəskin dəyişkənliyi yaxşı heç nə vəd etmir. Kiməsə və ya nəyəsə spontan aludəçilikdən qurtulun. Hisslərin əsirinə çevrilərək yanlış qərar verməyin. Atacağınız addımların fərqinə varın.

Günün ikinci yarısında əvvəlcə edib, sonra fikirləşməyin. Təlaşa düşməyin, əndişələnməyin. Dəyər verdiyiniz insanlarla səmimi davranın. Bununla belə, bədxahlar və rəqiblərin hazırladıqları məkrli planın qurbanına çevrilməyin.

Təşəbbüskar olun. İdeyalarınız pis qarşılanmayacaq. İş yerində rəhbərliklə və həmkarlarla münasibətləri korlamayın.

Şir – günün ilk yarısında konkret və qətiyyətli addım atmaq niyyətiniz varsa, məramınızın gerçəkləşdirilməsini təxirə salmayın. Unikal, sərfəli məqamdır. Dəqiq fəaliyyət planınız yoxdursa, şərtləri dəyərləndirin, situasiyanı qiymətləndirin. Detallar sizə dürüst yolu seçməyə kömək edəcək.

İrəliləyişə nail olmaq, sıçrayış üçün baza hazırlamaq olar.

Günün ikinci yarısında təəssüratlara qapılaraq iradəsiz insan təsir bağışlamayın. Özünüzdən bədgümanlığınız kənardan çox gözəl görünür. Niyyətə çatmaq üçün ilk əvvəl gizli təlaşlara və qorxulara qalib gəlmək gərəkdir.

Qız – fəaliyyətinizin bəzi aspektlərini uğurla dəyişə bilərsiniz. Lokal islahatlardan çəkinməyin. Köklü, ciddi dəyişikliklər üçün yaxşı məcra formalaşır.

Nəzərdə tutduğunuz proqramı reallaşdırmaq üçün risk etmək, yeni maliyyə əməliyyatına başlamaq lazımdır.

Günün ikinci yarısında dəqiq və normal plan varsa, avantürizm özünü doğruldacaq. Birgə layihəyə başlamaq üçün pis zaman deyil. Fəqət yaxşı tanıdığınızı düşündüyünüz insan barədə xoşagəlməz gerçəkliklə tanışlığa hazır olun.

Axşam saatlarını ailə üzvləri ilə keçirin.

Tərəzi – dostlarla görüş, anlaşma, müqavilə və sazişlər üçün yaxşı zamandır. Yeni müqavilənin şərtləri ilə yanaşı, ən xırda detallarına bələd olmadan yekun qərarınızı açıqlamayın. Rəqabət güclənəcək.

Günün ikinci yarısı qarışıq, mürəkkəb zamandır. Birgə fəaliyyət göstərdiyiniz, əməkdaşlıq etdiyiniz insanın maraqlarını nəzərə alın. Ümumi maraqları şəxsi ambisiyalardan üstün tutun. Güzəştə meylli olsanız, bir sıra problemləri rüşeym halında olarkən çözə bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın.

Əqrəb – passivlik yolverilməzdir. Daha ciddi uğurlara nail olmaq istəyirsinizsə, qarşınıza qoyduğunuz məqsədə doğru fasilələrə yol vermədən, qətiyyətlə irəliləyin. Çalışdığınız sahədə peşəkar olmalısınız. Problemləri həll etmək və tapşırılan işi vaxtında başa vurmaq üçün yeni metodlardan yararlanın.

Günün ikinci yarısında yaxın perspektivlə bağlı planlara yeniliklər edin. Sistem bazasını yeniləyin. Dəyər verdiyiniz insana konkret yardımlar edin. Axşam saatlarında normal istirahət edin. Əks təqdirdə yorğunluqdan qurtula bilməyəcəksiniz. Bu isə səhhətinizdə problemlər yarada bilər. Axşam saatlarını evdən kənarda keçirin.

Oxatan – bilik və bacarıqlarınızı nümayiş etdirməyə çalışanda situasiyanı nəzərə alın. Yaşanacaq hadisələr əhvalınızı müəyyənləşdirəcək. Vaxt qıtlığı hiss olunsa da, peşəkar öhdəliklərinizi unutmayın.

Spontan addımlar effekt versə də, ağlınızda ümumi fəaliyyət planı olmalıdır.

Günün ikinci yarısında yaradıcı ideyaların sayı artacaq. Ailə üzvlərini sevindirin. Şəxsi münasibətlərdəki hadisələri kontrolda saxlayın. Virtual romanı real formata çevirməyə tələsməyin. Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oğlaq – fəaliyyət göstərdiyiniz arealda köklü dəyişikliklər zamanıdır. Münasibətlərdə emosional aktivləşmə istisna deyil. Standart iş qrafikində yenilənmələrə zərurət duyulur. Kiçik, qısamüddətli, amma intensiv proses yaxın gələcəkdə maraqlarınızı təmin edəcək genişmiqyaslı planın ilk mərhələsi ola bilər.

Günün ikinci yarısında öz maraqlarınızla yanaşı, yaxınlarınızın mənafelərini də düşünün. Riskləri minimuma endirməyə çalışın. Texniki və psixoloji təhlükəsizliyin təminatına can atın. Avantüralara qatılmayın.

Dolça – günün ilk yarısından etibarən fəal olun. Yaşamınızda yeni mərhələ başlanır. Yaranmış çətinliklərdən birinin çözümü ilə bağlı ekstraordinar variantın seçilməsinə ehtiyac var.

Tərəfdaş və ya dostlardan biri ilə görüş son vaxtlar sizi narahat edən problemin həllində irəliləyişə səbəb ola bilər.

Günün ikinci yarısında formalaşan spontan ideyanı həyata keçirməyə çalışın. Passiv olmayın. Eyni zamanda tanışların və ya yaxın ətrafınızdakı insanlardan birinin avantürasında iştirak etməyin.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Balıqlar – hadisələrin inkişaf məcrası ilə barışın. Bununla yanaşı, özünüzü məhdudlaşdırmayın, qətiyyətli olun. Planlarınız və niyyətləriniz barədə danışmaqdan çəkinməyin. Əsla gözləmədiyiniz halda nə isə əldə edə bilərsiniz. Yeni tanışlıqlar faydalıdır.

Günün ikinci yarısında problemlərin həllində mütərəqqi variantlardan istifadə edin. Şəxsi münasibətlərdə səmimi olun, gerçəkləri pərdələməyin. Əks təqdirdə qarşı tərəfin xətrinə dəyə bilərsiniz. Durumu vidalaşma həddinə çatdırmayın.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Günün qoroskopu: 19 Sentyabr 2015

    Günün qoroskopu: 19 Sentyabr 2015 ...

    19-09-2015, 00:19

  • 
  • Bürclər - 24 dekabr 2014

    Bürclər - 24 dekabr 2014 ...

    24-12-2014, 00:55

  • 
  • Bürclər - 21 dekabr 2014

    Bürclər - 21 dekabr 2014 ...

    21-12-2014, 01:14

  • 
  • Bürclər - 21 May 2015

    Bürclər - 21 May 2015 ...

    21-05-2015, 00:05

  • 
  • Bürclər - 8 yanvar 2015

    Bürclər - 8 yanvar 2015 ...

    8-01-2015, 00:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu