Birləşmiş Ştatlarda prezident olmaq böyük şərəfdir. O, həm də imtiyazlar əldə etmək, hətta Ağ Evi tərk etdikdən sonra belə, bu imtiyazlardan istifadə etmək deməkdir.
Hazırda prezidentlərə hər il Konqresin müəyyən etdiyi bir məbləğ - ildə $400 min dollar ödənilir.
1789-cu ildə Corc Vaşinqton ölkənin ilk prezidenti olandan bəri ölkə rəhbərlərinın maaşı beş dəfə artırılıb.
Vaşinqtona və onun 17 nəfərdən ibarət icra başçısına $25 min dollar maaş verilirdi. 1873-cü ildə prezidentlərin maaşı $50,000 dollara qaldırıldı. 1909-cu ildə isə prezidentlərin illik maaşları $75,000 dollara çatdı.
Prezident Harri Truman 1949-cu ildə prezidentliyinin ikinci dönəminə başlayanda onun maaşı $100,000 dollara yüksəldi. 1969-cu ildə prezident Riçard Nikson $200.000 dollar qazanan ilk prezident oldu.
Prezident maaşının hazırkı qaydalara əsasən, ildə $400,000 dollar olması qərarı 2001-ci ildə prezident Corc W. Buş prezident olarkən qüvvəyə mindi.
Prezident olmaq istəklərinə Ağ Evdə pulsuz yaşamaq kimi olduqca gözəl bir şey, onları idarə edən bir nəfərlə bir batalyon qulluqçu, yeməklərini bişirmək üçün təlim keçmiş aşpaz, xüsusi bir məşqçisi olan mərkəzi, özəl kinoteatr və boulinq üçün yer, bağ evi Kemp Devid; gecə-gündüz təhlükəsizlik xidməti, bir təyyarə və bir vertolyot, nəhayət güllə və bombaya davamlı limuzin. Və bütün bu imtiyazlar prezident vəzifəsindən gedəndən sonra da əlindən alınmır.
Hazırda sabiq prezidentlər ildə kabinet nazirlərinin maaşı qədər, $231,600 dollar pensiya alır. Pensiyalar və imtiyazlar 1958-ci ildə prezident Truman vəzifədən getdikdən sonra çətinliklərlə üzləşdikdən sonra müəyyən olundu.
Bir çox keçmiş prezidentlərdən fərqli olaraq, Truman zəngin deyildi və prezidentlərə nağd pul olaraq təklif olunan məbləğləri qəbul etməkdən narahat olurdu. Belə ki, bu addım onun prezidentlikdən sui-istifadə etməsi görüntüsü yarada bilərdi. Ancaq sonda öz xatirələrini “Life” jurnalına $600,000 dollara (İndiki pulla $5.7 milyon) satdı ki, bu da ona təqaüddə rahat dolanışığa şərait yaratdı.
Bu gün sabiq prezidentlər nəinki pensiya alır, vergi ödəyiciləri də prezidentlərin səyahət və ölkənin hər yerində öz ofislərini açmaq kimi iş xərcləri üçün pul ödəyir.
Təxmin edilir ki, 2000-ci ildən bəri cangüdənlərin xərclərinı çıxmaqla, Amerika vergi-ödəyiciləri sabiq prezidentlərə $68 milyon dollar xərcləyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?