GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “Xəstə” səhiyyəmizdən xaricə qaçan xəstələr...

“Xəstə” səhiyyəmizdən xaricə qaçan xəstələr...

Tarix: 25-08-2013, 01:24 Bölmə :Maraqlı Baxış: 1 970
“Xəstə” səhiyyəmizdən xaricə qaçan xəstələr...
“Böyrəklərində ağrı olurdu, gecələr yalnız ağrıkəsicilərin köməyi ilə yatırdı. Miri Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında da, özəl klinikalarda da böyrəklərində iltihabi proses getdiyini dedilər. Amma təyin olunan müalicə kömək etmədiyindən İrana apardıq. Kaş ki, getməyəydik...”

Bunu virtualaz.org-a açıqlamasında İranda əməliyyatdan sonra ölən Rəna Bağırovanın yaxın qohumu Səriyyə Bağırova deyir. Onun sözlərinə görə, Rənanı Tehrandakı özəl klinikaların birinə yerləşdiriblər: “Müayinələrdən sonra dedilər ki, böyrəyində daş var, əməliyyat olunmalıdır. Biz də razılaşdıq. Xəstəxana xərcləri ödənildikdən sonra əməliyyat olundu. Sonra süni nəfəs aparatına bağladılar, amma xeyri olmadı”.

7-8 gün süni nəfəs aparatının köməyi ilə yaşayan R.Bağırova ölüb. Amma Tehran klinikası mərhumənin yaxınlarına xəstəxanaya borclu olduğunu söyləyərək cəsədi verməkdən imtina edib: “Dedilər ki, süni nəfəs aparatı və dərmanlara görə borc yığılıb, özü də bu borc əməliyyat xərcindən dəfələrlə bahadır. Cəsədi bir aya yaxın xəstəxananın morqunda saxladılar”.

Deyilən pulu ödəyə bilməyən R.Bağırovanın yaxınları Azərbaycanın Səhiyyə Nazirliyinə müraciət ediblər: “Nazirlikdən isə bizə dedilər ki, xəstəni aparanda bizim razılığımızı almamısınız. Xəstə dövlət səviyyəsində İrana göndərilmədiyindən köməklik edə bilmərik”.

Nəticədə Rənanın doğulub böyüdüyü İsmayıllıda qohumlar arasında pul yığılıb və mərhumə Azərbaycana gətirilərək dəfn edilib.

Bakı şəhəri, Suraxanı rayon sakini Zəminə İsmayılova da oğlunu müalicə üçün İrana aparıb. Z.İsmayılova deyir ki, Bakıda oğlunun dərdinə dərman tapılmayıb: “Nəfəs alması çətinləşmişdi, üstəlik qarnı da şişirdi. Mən də uşağı Respublika Xəstəxanasına apardım, oradan Milli Onkologiya Mərkəzinə göndərdilər. Mərkəzdə edilən müayinənin nəticələrinə baxdıqdan sonra dedilər ki, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə aparın. Orada da olduq. Amma bu dəfə də həkim bizi Ağciyər Xəstəlikləri İnistituna göndərdi”.



Z.İsmayılova müayinələrə ümumilikdə 800 manat xərclədiyini deyir: “Bu xəstəxanada isə 400 manat pulum çıxdı. Amma uşaq yenə də sağalmadı. Buna görə də uşağı İranın Ərdəbil şəhərinə apardıq”.

Müsahibimizin sözlərinə görə, həkim uşağı müayinə edəndən sonra problemin bağırsaqlardan qaynaqlandığını deyib və xəstəyə dəyəri 30 manat olan dərmanlar yazıb. Bundan sonra uşaq sağalıb.

Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində yaşayan Qərənfil Hüseynova isə 30 ildən çoxdur astma xəstəliyindən əziyyət çəkir. Müsahibimiz söyləyir ki, bu illər ərzində döymədiyi qapı, getmədiyi xəstəxana qalmayıb: “Mən bizim həkimlərə inanmıram. Xəstəxanaya çatan kimi bahalı analizlərə göndərirlər, firma dərmanları yazırlar. Bizdə bir müalicə kursu 200-300 manata başa gəlir. Belə baxanda yazılan dərmanların çoxunun heç xəstəliyimə aid olmur”.

İranın Təbriz şəhərindəki “Behbud” klinikasında müayinə olunan Qərənfil Hüseynova iranlı həkimlərin apardığı müalicədən sonra nisbətən yaxşılaşdığını deyir: “Təbrizə ilk dəfə gedəndə 1500 dollar xərclədim. Sonra öyrəndim ki, taksi sürücüsü məni bahalı klinikalara aparıb. Növbəti səfərlərdə otel, yol xərci daxil olmaqla 150 manata yaxın pul xərclədim”.

Statistika nə deyir...

Azərbaycanın Dövlət Statistika Komitəsi xarici ölkələrə müalicəyə gedənlərlə bağlı son statistikanı 3 il əvvəlin rəqəmlərinə istinadən təqdim edir. Komitənin son (?-red.) məlumatına görə, 2010-cu ildə 43 min 700 vətəndaşımız sağlamlığını əcnəbi həkimlərə həvalə edib. Bu isə 2009-cu ilə nisbətən 13900 nəfər və yaxud təxminən 47 faiz çoxdur.



Lakin qeyri-rəsmi məlumatlar ortaya fərqli rəqəmləri qoyur. Belə ki, hər gün orta hesabla 150-200 xəstənin İrana müalicəyə getdiyi bildirilir.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin tərkibində Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiya fəaliyyət göstərir. Komissiyanın açıqlamasında isə xaricdə müalicə üçün edilən müraciətlərin ildən-ilə azaldığı bildirilir ki, bu da Statistika Komitəsinin rəsmi rəqəmləri ilə düz gəlmir. Ötən il nazirliyə 1000-dən çox müraciət daxil olub və komissiya xəstələrin təxminən 25-30 faizini dövlət maliyyəsi hesabına xaricdə müalicəyə göndərib.

Əslində Səhiyyə Nazirliyinin səhiyyənin inkişafı ilə bağlı açıqlamalarını nəzərə alsaq, dövlət hesabına xarici ölkələrə müalicəyə göndərilməsi məsələsində də təzadlar ortaya çıxır. Fikirlərimizi daha aydın ifadə edək. Nazirlik hazırda dünyanın əksər ölkəsindən Azərbaycana sağalmayan xəstələrin gəldiyini, bizim həkimlərin sayəsində nicat tapdırlarını dəfələrlə açıqlayıb.

Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov da mətbuata açıqlamasında qeyd edib ki, hazırda Azərbaycanda müalicə edilməsi mümkün olmayan xəstəlik yoxdur.



Doğrudan da son bir neçə ildə Azərbaycan səhiyyəsinə milyardlarla manat sərf edilib. Təkcə onu qeyd etmək kifayətdir ki, yeni inşa edilən diaqnostika mərkəzlərinə Almaniyadan dəyəri 500 min manatlarla ölçülən onlarla avadanlıq alınıb.

Amma ortaya hər kəsdə maraq doğuracaq suallar çıxır, Azərbaycanda səhiyyənin inkişafı üçün sərf edilən on milyonlarla manatın müqabilində xəstələrin müalicə almaq məqsədilə xarici ölkələrə axın etməsinə səbəb nədir?

Xəstənin həkim, xəstəxana seçmək hüququnu nəzərə alsaq belə Səhiyyə Nazirliyi bu qədər xəstə axınının qarşısında həyəcan təbili çalmalı, xəstələrin kütləvi axınına səbəb olan problemləri araşdırmalıdır.

Əhali tibbi xidmətdən narazıdır, çünki...

Qadın Krizis Mərkəzi 100 qadın arasında səhiyyə xidmətləri ilə bağlı sorğu keçirib. Sorğuya qatılanların 65 faizi tibbi xidmətdən narazı olduğunu söyləyib. Mütəmadi müalicə aldığını söyləyən qadınların 22 faizi həkim və tibb bacılarının davranışlarından şikayətlənib. Sorğu iştirakçılarını ən çox narazı salan isə müayinə və dərmanların bahalığı olub. Səbəblər sırasında dövlət poliklinika və xəstəxanalarında pulsuz xidmətin görüntü xarakteri daşıdığı, qeyri-rəsmi pul ödənildiyi amili də var. Elə vətəndaşlar da bunu təsdiqləyirlər.

Qəbul etdiyi müalicələrin effekt vermədiyini deyən Qadın Krizis Mərkəzinin rəhbəri Məlahət Əzizova pul ödənilmədiyi halda pis münasibət gördüyünü deyir: “Həkim resept də yazmaq istəmir. Amma pul verəndən sonra münasibət dəyişir, dərman da təyin edirlər, hələ ütəlik dərmanları almaq üçün tanış aptekə də göndərirlər”.



Ekspert Nübar Seyidovanın fikrincə, Azərbaycanda həkimə etibar azalıb: “Doğrudur, xəstə axınına səbəblər arasında İranda müayinələrin, o cümlədən dərmanların ucuz olması da rol oynayır. Amma müşahidələr göstərir ki, Azərbaycanda sağalması mümkün olan xəstələr də İrana gedirlər”.

N.Seyidovanın sözlərinə görə, son zamanlar həkimləri savadsızlıqda ittiham edənlərin sayı artıb: “Bəzən elə həkimlərin özləri də belə fikirlər səsləndirirlər. Amma bütün həkimləri ittiham etmək, günahı onlara yükləmək doğru deyil. Bu gün Azərbaycan həkimi 150-200 manat maaş alır və daha artıq qazanmaq istəyi ilə xəstələri işbirliyində olduğu klinikalara, dərman firmalarına yönəldir. Bu isə xəstələrə baha başa gəldiyindən narazılıqlara səbəb olur. Həmçinin həkimi rüşvət almaqda ittiham etmədən əvvəl məvacibin gülünc rəqəmini dəyişmək lazımdır”.



İqtisadçı Vüqar Bayramovun fikrincə isə səhiyyədə islahatlar aparılmasa, xaricə axının qarşısını almaq mümkün olmayacaq: “Tədqiqatlar göstərir ki, xəstələr müalicə olunacaqları ölkələri ailələrin gəlir səviyyəsindən asılı olaraq müəyyənləşdirirlər. Əhalinin daha varlı hissəsi İsrailə və Almaniyaya, orta təbəqə Türkiyə, Rusiyaya gedir. Aztəminatlı ailələr isə İranı seçir. Çünki İranda müalicə Azərbaycana nisbətən 3-8 dəfə ucuzdur”.

V.Bayramovun sözlərinə görə, istənilən halda xaricdə müalicə Azərbaycanın pullarının başqa ölkələrə axması deməkdir və Azərbaycan valyuta itirir: “Ölkədə səhiyyə xidmətləri pullu deyil, lakin tədqiqatlar göstərir ki, əhalinin səhiyyə xidmətləri üçün ödədiyi pullar 70-80 faiz təşkil edir. Bu gün səhiyyə çarpayı hesabına maliyyələşir. Lakin bu sistem dəyişməlidir. İnkişaf etmiş ölkələrdə olduğu kimi adambaşına maliyyələşdirmə sisteminə keçmək lazımdır”.

Ekspert İrana gedənlərin bir qisminin Azərbaycanda dərmanların baha olmasını səbəb kimi göstərməsinə də münasibət bildirir: “Doğrudan da Azərbaycanda dərmanlar olduqca bahadır. Bu isə dərman bazarında rəqabətin olmaması, həmçinin dərman gətirən şirkətlərin sayının az olması ilə bağlıdır. Bu gün bazarın diqtə etdiyi kimi dərman gətirilmir. Bu isə qiymətlərin baha olmasına şərait yaradır”.



Xəstələr üçün keyfiyyətlə yanaşı qiymət də önəmlidir

Psixoloq Könül Məlikova isə deyir ki, xəstələr üçün keyfiyyətlə yanaşı qiymət də önəmlidir: “Təbii ki, ilk növbədə sağlamlığın bərpası önəmlidir. Bəzən ilk cəhddə sağalmayan xəstələrdə “evdən kənarda hər şey mükəmməldir” düşüncəsi yaranır. İranda müalicə Azərbaycana nisbətən ucuz başa gəldiyindən xüsusilə aztəminatlı ailələr bu ölkəyə axışırlar”.

Psixoloqun fikrincə, həkim xəstənin etibarını qazanmaq üçün tibb ocaqlarında xidmət problemini həll etmək lazımdır: “Xəstələr təkcə həkimlərdən narazı olmurlar. Tibb bacılarından tutmuş sanitara kimi hər kəs xəstəyə hörmət etməlidir. Çünki onlar fiziki cəhətdən baxıma möhtac olurlar”.



Həkim Anar Məmmədov isə xaricə axına səbəb kimi reklamın rol oynadığını deyir: “Etiraf edək ki, İranda Avropada təhsil almış mütəxəssislər yetərincədir. Amma bu, Azərbaycanda savadlı kadrların olmadığını iddia etməyə əsas vermir. Bəlkə də vətəndaşların ora getməsi İranda səhiyyə xidmətlərinin nisbətən ucuz olması ilə bağlıdır”.

Həkim söyləyir ki, qiymətləri özəl klinika rəhbərləri təyin edir: “Amma Azərbaycanın da tibb sahəsində yetərincə nailiyyətlər qazanılıb. Artıq ölkəmizdə ürək-damar xəstəliklərinin müalicəsi, əməliyyatlar inkişaf edib. Buna görə də bütün günahları səhiyyə işçilərinə yükləmək insafsızlıqdır. Məsələn, İranın da imkanları Avropa ölkələrindən daha məhduddur”.

Səhiyyənin yaralı yeri - yanlış diaqnozlar

Əhalinin narazı olduğu problemlərdən biri də xəstələrə yanlış diaqnoz qoyulması ilə bağlıdır. Digər məsələlərdən fərqli olaraq yanlış diaqnozlar xəstənin həyatı hesabına başa gəlir.

Azərbaycan Hüquq İslahatları Mərkəzi İctimai Birliyinin sədri Anar Bağırovun fikrincə, konstitusiyanın 41-ci maddəsi və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda pasiyentlərin hüquqları ilə bağlı xüsusi maddə yer alıb. Qeyd olunur ki, pasiyentin hüquqları pozulduqda o, müalicə olunduğu tibb müəssisəsinin rəhbərliyinə, Səhiyyə Nazrliyinə və ya məhkəməyə müraciət edə bilər. Lakin təcrübə göstərir ki, müraciətlər əksər hallarda müsbət nəticələr vermir.



A.Bağırovun sözlərinə görə, vətəndaşların sağlamlığına zərər vurulduqda cavabdeh qanunvericilikdə müəyyən edilmiş qaydada müəyyənləşdirilmiş həcmdə ziyanı ödəməyə borcludurlar: “Lakin vurulan ziyanın ödənilməsi isə tibb və əczaçılıq işçilərini qanunvericilikdə nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Həmçinin Mülki Məcəllədə tibb müəssisəsində cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində vətəndaşın sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərər vuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Xəstəyə kömək göstərməmə, qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə, təhlükədə qoyma və digər hallarda cinayət qanunvericiliyi həkimin cinayət məsuliyyətinə cəlb edilməsi əsaslarını yaradır”.

Vəkil Azər Quliyev də deyir ki, Azərbaycanda hələ də şikayət etmək mədəniyyəti formalaşmayıb: “Əksər hallarda yanlış diaqnoz və müalicə nəticəsində xəstə ən yaxşı halda əlil olur, fiziki sağlamlığını itirir. Belə hallarda çoxları məhkəməyə müraciət edərək cavabdehin cəzalandırılması tələb edilmir: “Bəziləri isə şikayət etdikləri halda haqlı ikən haqsız duruma düşürlər. Bu da insanlarda həkimə inamı azaldır”.

Xəstələrlə pis rəftar

Vətəndaşları səhiyyə xidmətlərindən narazı salan məsələlərdən biri də xəstələrlə davranış qaydalarıdır. Azərbaycanda bir çoxları, elə kobudluq nümayiş etdirən həkimlərin özləri də xəstə hüquqlarının beynəlxalq konvensiyalarla müdafiə olunduğunu bilmirlər.

Xatırladaq ki, Xəstə Hüquqları Üzrə Avropa Xartiyası mövcuddur. Bu sənəd xəstələrin 14 hüququnu əhatə edir. Bu hüquqlar insan sağlamlığının yüksək səviyyədə qorunmasını təmin edir, eləcə də göstərilən tibbi xidmətin yüksək keyfiyyətinə nail olunması məqsədi daşıyır. Beləliklə xəstələrin qayğıdan yararlanma, istənilən şəraitdə tibb personalı tərəfindən hörmət olunma, xəstəxana ilə əlaqəli olmayan insanlarla danışmamaq və ya görüşməmək hüququ var.

Həmçinin müəyyən müayinələrdə eynicinsli həkim tərəfindən müayinə olunmaq, şəxsin sağlamlıqla bağlı sənədlərini məxfi saxlanma, təhlükəsizliyi tələb etmə hüququ da tanınır. Hüquqlar arasında informasiya almaq, müalicədən imtina etmək kimi məsələlərdə yer alıb.



İranla qiymət fərqi

Ekspertlər hesab edirlər ki, İrana müalicəyə gedənlər arasında əsasən hepatit, ürək-damar və onkoloji xəstələr üstünlük təşkil edir. Hepatit xəstələrin müalicəsi ölkəmizdə 10-12 min manata başa gəlir. Azərbaycanda hepatitə yoluxma halları artsa da bu sahədə xüsusi layihələr, dövlət proqramı yoxdur.

Qeyd edək ki, hepatitin müayinəsi zamanı keyfiyyət və kəmiyyət analizləri 170 manatdan 300 manatadək dəyişir. Nəzərə alaq ki, xəstələr müalicənin gedişi müddətdə hər ay analizlər verməlidir. Lakin bu analizlər İranda 60-100 manata başa gəlir. Xəstəliyin müalicəsində təyin edilən “Peqasis” preparatı ölkəmizdə 250 manata satıldığı halda İranda 100 manatadır. İnterferon tərkibli preparatlar isə İranda 25 manata olduğu halda Azərbaycanda 338 manata satılır.



Müayinə və qiymət fərqi ürək-damar, onkoloji xəstəliklərdə də olduqca fərqlidir. Bir sözlə, İranda müayinə, cərrahiyyə əməliyyatları və dərmanların qiyməti Azərbaycandan 3-30 dəfə ucuz başa gəlir.

Əvvəlki yazılarımızda İrandakı səhiyyə müəssisələrinin reklamları və Bakıda fəaliyyət göstərən İran klinikalarının əhali arasında təbliğat aparmasını qeyd etmişdik. Qeyd edək ki, İranda müalicənin reklam olunması xəstələrin bu ölkəyə axın etməsində böyük rol oynayır.

Amma bütün hallarda Səhiyyə Nazirliyi istiqaməti düzgün müəyyənləşdirərsə, dərdinə əlac tapmaq istəyənlər “harada müalicə alaq - burada, ya xaricdə” kimi dilemma qarşısında qalmazlar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Space”dən işdən çıxan aparıcı ilə bağlı rəsmi açıqlama - (ÖZƏL)

    “Space”dən işdən çıxan aparıcı ilə bağlı rəsmi ...

    6-12-2013, 22:41

  • 
  • Zaqatala xəstəxanasında dəhşətlər

    Zaqatala xəstəxanasında dəhşətlər ...

    10-07-2015, 12:49

  • 
  • Komaya düşən qadının bacısı danışdı

    Komaya düşən qadının bacısı danışdı ...

    13-01-2014, 23:49

  • 
  • Ürəyi döyünən və nəfəs alan robot

    Ürəyi döyünən və nəfəs alan robot ...

    14-10-2013, 09:23

  • 
  • Rektorun xanımı danışdı: Günahkar həkimlərdir - Foto

    Rektorun xanımı danışdı: Günahkar həkimlərdir - ...

    16-01-2014, 14:08


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu