Türkiyənin Sultanqazi şəhərindəki məktəblərdən birində koronavirusa (COVİD-19) qarşı aparılan dezinfeksiya işləri 11 şagirdin zəhərlənməsi ilə nəticələnib.
Gundemxeber.Az xarici mediaya istinadən bildirir ki, zəhərlənənlər 8 təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Məktəbə gələn Sultanqazi Bələdiyyə sədrinin müavini Mustafa Birinci bildirib ki, xəstəxanaya çatdırılan şagirdlərin vəziyyətləri normaldır.
Hadisədən sonra həmin məktəbdə tətil elan edilib.
Xatırladaq ki, Türkiyədə COVİD-19-a görə dərslər martın 16-dan sonra dayandırılacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?