GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Bakıda zibil satan supermarketlər

Bakıda zibil satan supermarketlər

Tarix: 2-09-2013, 19:00 Bölmə :Maraqlı Baxış: 1 112
Bakıda zibil satan supermarketlər



Bakının Binəqədi qəsəbəsində yaşayan Elnarə xanım bu yaxınlarda az qala bir qurtum südə qurban getmişdi. Mağazadan aldığı süddən bir-iki qurtum içən qadının mədəsində sancılar başlamışdı, ürəyi bulanıb başı hərlənmişdi. Köməyinə qonşu Xədicə qarı gəlmişdi. “Qız, səni qıcqırmış süd zəhərləyib, şərbət iç, şəkər zəhəri kəsir”. Qadın südü bişirməyə başlamış və süd bir az qızan kimi piltə-piltə çürüyərək kəsmiyə çevrilmişdi. “Köhnə süddür. Belə südü ancaq qaynadıb kəsmik eləmək olar. Dava vaxtı anam qalıb xarab olmuş südü həmişə çürüdərdi”,- deyə İkinci Dünya müharibə illərinin od-alovlu dövründə böyümüş təcrübəli qadın söyləyib. Amma qadının dediyi bir az inanılmaz gəlirdi, çünki südün qutusunun üzərində hələ yararlılıq müddəti bitməmişdi.

Amma ANS PRESS-in məlumatına görə, Azərbaycanın istehlak bazarında belə hallara tez-tez rast gəlinir və bəzi yararlılıq müddəti bitməmiş malların xarab olması müşahidə olunur. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovu bunu bəzi biznesmenlərin möhtəkirliyi ilə izah edir. “AİB-in tədqiqatı göstərir ki, yararlılıqmüddəti bitmiş mallar heç də məhv olunmur. Xarici biznes qurumlarla ortaq olan Azərbaycan biznesmenləri malların zibilxanalarda məhv olması barədə sənədlər düzəldirlər ki, guya mallar yandırıldı, xarab oldu. Xarici partnyorlarını aldadırlar”.

Lakin xariciləri aldada bilməyən biznesmenlər də var və AİB sədrinin dediyinə görə onlar başqa variantlara əl atırlar: “Birincisi, malların üzərində müddət yazılan etiketləri qoparıb yeni yararlılıq müddəti yapışdırırlar. Yeri gəlmişkən onu da deyim ki, istehlakçılar mal alanda onun yararlılıq müddəti qoparılıb-yapışdırılan kağızdadırsa belə malları insanlar almasınlar. Yəni, malın etiketi elə vurulmalıdır ki, onu qoparanda malın qablaşması da xarab olsun,yəni onu sonra yenidən bərpa etmək mümkün olmasın”.

Hazırda şəhərin mağalarında, satış rəflərində gördüyümüz qatıqlar, südlər, xamalar gözəl vaakumda qablaşdırılıb. Amma onların üzərinə qoyulan qapaq dəyişdirilə bilər ki, yararlılıq müddəti həmin qapağın üzərindədir. Yəni yerli istehsalçıların özləri də bu priyomlardan istifadə edərək istehlakçını aldadır. Adətən bu əməllər iri ticarət şəbəkələri ilə brendi elə də məşhur olmayan yerli istehsalçıların sövdələşməsi nəticəsində baş verir. Belə mallar adətən müştərinin çox olduğu həftə sonunda və bayram günlərində rahat “xırd” edilir. Yəni daha çox sayda insan qəhrəmanımız Elnarə xanımın gününə düşür. Bu problemi necə həll etməli və əhalini bu möhtəkirlik epidemiyasından necə xilas etməli?

AİB belə problemlərin həllini qanunlarda görür. “Azərbaycanda malların məhv edilməsi prosedur qaydaları yoxdur. Məsələn, biznesmen vaxtı keçmiş və satılmayan məhsula görə də vergi verir. Ona görə onu satmağa məcburdur. AİB dəfələrlə təklif edib ki, satışdan çıxarılan və satılmayan mal vergidən azad edilməlidir”,- deyə Eyyub Hüseynov bildirir.

Həmçinin dünyada biznes qurumları elmi texniki tərəqqidən istifadə edərək, malların yararlılıq müddətini uzatmaq istəyir. Ancaq AİB-in fikrincə malın ömrünü uzadan maddələr, insanların ömrünü qısaldır. Qurumun araşdırmasına görə, bu sahədə ən təhlükəli vəziyyət spirtli içkilər seqmentindədir: “Əhali bilməlidir ki, araqların saxlama müddəti 1 ildən artıq deyil, konyaklar 3 ildən artıq deyil, şərabların qablaşdırılmasından sonra istifadı müddəti 6 aydan artıq deyil. Azərbaycanda olan şərabların 90 faizinin istifadə müddətinin müddətsiz olduğu qeyd edilib ki, onların tərkibi metallarla zəngindir ki bu da insan həyatı üçün təhlükəlidir”.

Lakin AİB sədri vəziyyətin bu qədər ağır olmasına baxmayaraq artıq düzəlməyə doğru getdiyini bildirir. Belə ki, ilin əvvəlində İqtisadi İnkişaf nazirliyi qablaşdırmaya materiallarının araşdırılması üçün xüsusi komissiya yaradıb və Eyub Hüseynov da həmin komissiyanın üzvüdür. Həmçinin ABŞ-ın İnkişaf Agentliyi ərzaq mallarının təhlükəsizliyini təmin etmək üçün Azad İstehlakçılar birliyi ilə birgə “Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanı (AİQTN keyfiyyət nişanı) təsis edib. AİB bu nişanın malların üzərinə vurulmasına icazə verəcək.



Prosedur belədir: Məhsul yoxlanıldıqdan sonra üzərinə uyğun gələn bu nişanlardan biri vurulacaq. Bundan başqa, birlik bu keyfiyyət nişanı olan malların satıldığı ticarət şəbəkələri barədə əhaliyə məlumat verəcək siyahılıarı KİV-də dərc etdirəcək, radio və televiziya verilişlərində əhalinin nəzərinə çatdıracaq. Nişanın loqosu ticarət obyektlərinin giriş qapılarına vurulacaq. Bu keyfiyyət nişanları olan mallarla əlaqədar neqtiv hallara görə AİB məsuliyyət daşıyacaq.

Eyyub müəllimin sözlərinə görə, nişanlar artıq hazırdır, təsdiq olunub, İqtisadi Inkişaf Nazirliyi də dəstək verib. Bu yaxınlarda məhsullara həmin mal nişanlarını verməyə başlayacaqlar. İstehlakçı artıq əminliklə həmin mal nişanı olan məhsulu alacaq. Bu yolla həmçinin, istehlakçının istehsalçıya itmiş inamını yavaş-yavaş bərpa olunacaq.

Həmçinin yararsız mallara qarşı mübarizə ilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti məşğul olur. Məqsəd əhalinin daha keyfiyyətli, təhlükəsiz istehlak malları ilə təmin olunmasıdır. Bu baxımdan həm ərzaq, həm də qeyri-ərzaq bazarında mütəmadi olaraq nəzarət tədbirləri keçirilir. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, aparılmış təhlillər göstərir ki, ildən ilə bu cür məhsulların aşkar olunduğu ticarət obyektlərinin sayı azalır.

“Tərəfimizdən aparılmış manitorinqlər zamanı keyfiyyətsiz məhsulların azaldığını da görürük. Onu qeyd etmək istəyirəm ki, bu sahədə xüsusi əhəmiyyət kəsb edən tədbirlərdən biri maarifləndirmə tədbirləridir. Müxtəlif mal qrupları üzrə maarifləndirici bukletlər hazırlanıb həm satıcılara, həm istehlakçılara, həm də sahibkarlara paylanılır. Bundan başqa kütləvi informasiya vasitələri ilə birgə “istehlakçı mal alarkən nələri bilməlidir” və s. , bu kimi layihələr həyata keçirilir”, - deyə Abbas Əliyev bildirib.

Lakin bütün mənzərəni nəzərə aldıqda görmək olur ki, ölkə qanunvericiliyində bu sahə üzrə müəyyən boşluqlar var. Yalnız cərimə ilə iş başa çatmır. Məsələni kökündən həll etmək lazımdır. Bundan da başqa insanlar öz istehlakçı hüquqlarını bilməli, qidalandıqları ərzaq məhsullarının keyfiyyəti ilə maraqlanmalıdır
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda iki qadın arasında qanlı dava: qadın həmcinsinin barmağını kəsdi

    Bakıda iki qadın arasında qanlı dava: qadın ...

    7-11-2013, 11:34

  • 
  • Doğum evlərində şübhəli sövdələşmələr

    Doğum evlərində şübhəli sövdələşmələr ...

    28-11-2013, 20:33

  • 
  • Bakıda ərini bıçaqlayan arvad məsuliyyətdən azad edildi

    Bakıda ərini bıçaqlayan arvad məsuliyyətdən azad ...

    19-06-2013, 12:19

  • 
  • "Azərsun"un istehsal etdiyi süddən heyrət doğuran əşya çıxdı - FOTOLAR

    "Azərsun"un istehsal etdiyi süddən ...

    9-03-2015, 15:33

  • 
  • Qara qatığın sirri

    Qara qatığın sirri ...

    28-12-2013, 10:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu