GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Koronavirus toy və yas mərasimlərinin formatını birdəfəlik dəyişə bilər

Koronavirus toy və yas mərasimlərinin formatını birdəfəlik dəyişə bilər

Tarix: 1-05-2020, 13:56 Bölmə :Maraqlı Baxış: 778
Koronavirus toy və yas mərasimlərinin formatını birdəfəlik dəyişə bilər


Deputat deyir ki, məclislərin bu qaydada keçirilməsi insanlara günah yazmır, lazımsız məsrəflərin də ortadan qalxmasına şərait yaranır

Azərbaycanda izolyasiya tədbirləri davam edir. Martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahın müşavirəsi keçirilib və iclasda COVİD-19 virusu pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə müzakirələr aparılıb. Nazirlər Kabinetinin müşavirəsində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğu nəzərə alınaraq virusun qarşısının alınması istiqamətində ölkə ərazisində bir sıra kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb. Ölkə ərazisində bütün toy və yas məclislərinin keçirilməsi qadağan edilib. Yas və toy mərasimlərini nizamlamaq üçün unikal fürsət yaranıb. Böyük mərasim zallarındakı təmtəraqlı ehsan məclislərinə yeni düzən gətirilə bilərmi?

Ötən ilin noyabrında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov açıqlamışdı ki, mərasimlərlə bağlı qanun hazırlanıb.

Onun sözlərinə görə, Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşdirilib: “Birinci forma odur ki, bunun qarşısının qanunla sərt şəkildə alınması, digəri isə təbliğat yolu ilə alınmasıdır. Hələlik bu məsələdə təbliğat yoluna üstünlük verilir. Təbliğatla bu məsələlərin getdikcə sadələşdirilməsi, bərabərləşdirilməsi nəzərdə tutulur. Zənginliyinə və kasıblığına fərq qoyulmadan, tanınmış ictimai dövlət xadimləri və milli qəhrəmanlar çıxmaq şərti ilə, yas mərasimləri eyni səviyyədə olmalıdır. Artıq respublikanın əksər rayonlarında bu məsələ öz həllini tapıb. Bakıda hazırda bu məsələlərin yoluna qoyulması ilə bağlı işlər gedir. Bəzi yerlərdə bu məsələ öz həllini tapıb, bəzi yerlərdə isə israfçılığa yol verilir. Biz də istəyirik ki, bunun qarşısı alınsın və vətəndaşlarımız bu məsələdə əziyyət çəkməsin”.

Amma Siyavuş Novruzovun bəhs etdiyi qanun ortalığa çıxmadı.

Yaranmış durumda faktiki olaraq böyük məsrəflər, bəzən böyük borc hesabına ərsəyə gələn yas məclislərinin formatı dəyişib. Toy məclisləri isə təxirə salınıb.

Toy və yas məclisləri ilə bağlı format dəyişdirilə bilərmi?

Fazil Mustafa: “Qızlar arasında da siqaret çəkənlərin sayı artıb”

Deputat Fazil Mustafa “Yeni Müsavat”a deyib ki, hökumət bu istiqamətdə müxtəlif addımlar atmalıdır: “Yaranmış situasiyanın faydaya doğru dəyişməsinə köməklik göstərilməlidir. İlk növbədə yas mərasimlərinin sıxıntıları, ağırlıqları insanların üzərindən qalxmaqdadır. İnsanlar böyük məsrəflər bahasına özlərinin çox çətin bir durumda qalmasına rəvac verən bir prosesin içərisində idilər. İndi bu aradan qaldırılıb. Bu halda bir düzənləməyə gedilə bilər ki, hər bir yas sahibinin müəyyən dərəcədə geniş məclislər düzənləməsi imkan xaricində olur. Bu, artıq cəmiyyətdə adi rituala çevirilir. Koronavirusla bağlı əsas problem odur ki, ”başqası çıxır, mən niyə küçəyə çıxmayım" düşüncəsi əksəriyyətdə hakimdir. Bir işi də yoxdur, amma küçəyə çıxır. Başqasına tətbiq olunan davranış bu adamların həyat biçimini formalaşdırır. Təəssüf ki, bizim cəmiyyətdə bu amil çox yüksəkdir. İndiki vəziyyətdə ən yaxşı forma kimi belə məclislərdə iştirak sayı 10-15 nəfərlə məhdudlaşdırılır. Dinə aidiyyəti olmayan 7, 40 mərasimlərinin də dar çərçivədə keçirilməsi qərarlaşdırılır. Gələcəkdə isə belə məclislərin daha çox məscidlərdə keçirilməsi daha effektli yollardan biridir".

Deputat deyir ki, əgər bu gün koronavirusla bağlı belə bir ənənə yaranıbsa, demək, bu mümkündür: “Məclislərin bu qaydada keçirilməsi insanlara günah yazmır, lazımsız məsrəflərin də ortadan qalxmasına şərait yaranır”.

Deputat toy məsələsi ilə bağlı da maraqlı qaydaların tətbiqini təklif edib: “Bu proses 3-5 ay davam etsə, ailə qurulmayacaq? Müharibə şərtlərində belə insanlar ailə qurublar. Aydındır ki, kimlərsə toylara gedib və pul yazıblar. Ümid edirlər ki, o şəxslər də onun toyuna gəlib pul salacaqlar. Belə bir vəziyyətdə ayrı-ayrı insanlar 10-15 nəfərlik kiçik məclislərdə qaydalara əməl edir və toy məclisində iştirak edirlər. Belə məclis təşkil olunarkən bir hesab açılır və toya dəvət olunacaq şəxslərə həmin hesab nömrəsini göndərirlər. Əgər istəyirsinizsə, yeni qurulan ailəyə dəstək verə bilərsiz. Vəsait həmin hesaba köçürülür. Bu, yeni qurulan ailəyə diqqət olur və təhlükəsizlik baxımından faydalı olur. Gələcəkdə isə bu məhdudiyyəti qismən aradan qaldırmaq olar. İndiki şərtlərdə ailənin qurulmasını təxirə salmaq da düzgün deyil. Artıq xeyli belə insanlar var. Ailənin qurulması təxirə salınıb ki, mütləq orada nənə, bibi, xala, dayı və başqa qohumlar iştirak etməli, oynamalı, müğənniyə 7-10 min manat pul xərclənməli, toya gələnlər 3-5 gündən qalmış yeməkləri yeməli, zirzəmilərə doldurulan saxta araqları içməlidilər. Kimlərsə də burada irəli düşməlidirlər. Bundansa yeni qurulan ailəyə dəstək vermək, hesabına pul köçürməklə dəstəkləmək doğru olmazmı?”

Fazil Mustafa toyların təxirə salınmasındansa, qeyd olunan formatda keçirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda dərslər martın 27-dək təxirə salındı

    Azərbaycanda dərslər martın 27-dək təxirə salındı ...

    7-03-2020, 17:44

  • 
  • Azərbaycanda koronavirusla bağlı "qaynar xətt" fəaliyyətə başladı

    Azərbaycanda koronavirusla bağlı "qaynar ...

    28-02-2020, 10:06

  • 
  • Azərbaycanda daha 6 nəfərdə COVİD-19 təsdiqləndi

    Azərbaycanda daha 6 nəfərdə COVİD-19 təsdiqləndi ...

    18-03-2020, 12:12

  • 
  • Novruzla bağlı kütləvi tədbirlər ləğv edildi - RƏSMİ

    Novruzla bağlı kütləvi tədbirlər ləğv edildi - ...

    10-03-2020, 21:27

  • 
  • Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlandı

    Azərbaycanda daha 15 nəfərdə koronavirus ...

    24-03-2020, 19:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
Abra o jogo com o BetBoom!
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu