Düşmən ölkədə yayımlanan “Ermənistanın səsi” (Qolos Armenii) onlayn qəzeti “Cəsur polkovniki Qələbə Günü münasibətilə təbrik edirik” başlıqlı yazı dərc edib.
Gundemxeber.az Sfera.az-a istinadən xəbər verir ki, yazıda Qəhrəman Mənsimzadə adlı ordudan qovulmuş hərbçinin ünvanına təriflər yağdırılır, gələcəkdə də Azərbaycan ordusunu tənqid edən yazılar dərc etməsinə səsləyirlər.
Yazının sonunda bildirilir ki, Qəhrəman Mənsimzadə Ermənistanı öz vətəni hesab edərək istənilən vaxt ora sığına bilər.
Qeyd edək ki, Qəhrəman Mənsimzadə hərbi xidmət zamanı məxfilik rejiminə əməl etmədiyinə və əlini rüşvətlə buladığına görə ordu sıralarından xaric edilib.
Son vaxtlar isə, ehtiyatda olan polkovnik sosial şəbəkələr vasitəsilə ordu məxfiliyinin, ordu müqəddəsliyinin mahiyyətini dərk etmədiyinə görə qərəzli mühakimə və böhtanları ilə Azərbaycan ordusunun adına ləkə salmağa cəhd göstərir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?