BMT-nin qaçqınlar üzrə agentliyi UNHCR xəbərdarlıq edir ki, Mərkəzi Amerikada pisləşən zorakılıq və COVID-19-un səbəb olduğu çətinlik nəticəsində insanlar evlərindən qaçır və bu, regionda məcburi kökün böhranı yaradır.
Ötən ilin sonunda artan zorakılıq və qeyri-sabitlik Mərkəzi Amerikanın şimalında 720 min yaxın insanın didərgin düşməsinə gətirib çıxarıb.
UNHCR xəbərdarlıq edir ki, ən çox təsirə məruz qalan Honduras, El Salvador və Qvatemala COVID-19 pandemiyası səbəbilə xroniki zorakılıq, yoxsulluq və çətinlik içərisindədir.
UNHCR koronavirus pandemiyası dövründə regionda onsuz da endemik cinayətkarlıq daha da artır. İdarənin sözçüsü Andrey Maheçic deyir ki, cinayətkar qanqsterlər COVID-19 səbəbilə tətbiq olunan bağlanma tədbirlərindən istifadə edərək icmalar üzərində nəzarəti gücləndirir.
Bundan əlavə Maheçicin dediyinə görə, bağlama tədbirləri insanların özlərini və ailələrini dolandırmaqlarını çətinləşdirir. O deyib ki, səhiyyə xidməti və təmiz su kimi əsas xidmətlərə çıxış məhduddur.
"Bu cür dəhşətli şəraitlə üzləşən insanlar seks işi kimi mübarizə üsullarına əl atır və bu da onları sağlamlıqlarını riskə atır və qanqsterlər tərəfindən şiddət və istismara məruz buraxır," Maheçic deyib.
UNHCR bildirir ki, yerli icma liderləri karantin tədbirlər qaldırılandan sonra məcburi köçkünlərin sayında kəskin artımın müşahidə olunacağını gözləyir. İdarə təhlükə və şiddətə məruz qalan insanları qorumaq üçün ştat rəsmiləri və Honduras və El Salvadordakı tərəfdaşları ilə işləyir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?