GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Xaricdə “təhsil fırıldağı”

Xaricdə “təhsil fırıldağı”

Tarix: 11-09-2013, 11:42 Bölmə :Maraqlı Baxış: 1 106
Xaricdə “təhsil fırıldağı”
Müasir dövrdə mövcud intellektual potensialının zənginləşdirilməsi ehtiyacı xarici ölkələrdə də kadr hazırlığı məsələsini aktuallaşdırıb. Çünki artıq yüksək hazırlıqlı mütəxəssislərə tələbat xeyli artıb. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafında yaxından iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı" qəbul olunub. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" isə istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması məqsədlərinə xidmət edir.


Azərbaycanlı gənclərin xaricdə təhsilinə ümummilli lider Heydər Əliyev daim böyük önəm verirdi. Ulu öndərin hələ ötən əsrin 70-ci illərində əsasını qoyduğu bu ənənənin davamı olaraq sözügedən Dövlət Proqramı çərçivəsində indi hər il yüzlərlə Azərbaycan gənci təhsil almaq üçün dövlət təminatı ilə xarici ölkə universitetlərinə göndərilir. Proqramın icra mexanizmi ildən-ilə daha da təkmilləşdirilir. Ötən illərdən fərqli olaraq bu il Dövlət Proqramına sənəd vermiş namizədlərin ilkin seçimi üçün Təhsil Nazirliyində təşkil edilən müsahibəni aparacaq komissiya fəaliyyət göstərir. Komissiyanın tərkibində Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı, Səhiyyə Nazirliyi (tibb ixtisas istiqaməti üzrə müraciət edənlərlə), Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dillər Universiteti və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) (xaricdə təhsil təcrübəsi baxımından) nümayəndələri də təmsil olunurlar. Bu amil seçimlərin şəffaf aparılmasına və daha layiqli namizədlərin seçilməsinə əlverişli zəmin yaradır.

Dövlət Proqramı geniş imkanlar yaradır

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fariz Rzayev qeyd edib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın reallaşdırılmasının başlıca məqsədi neft kapitalının insan kapitalına çevrilməsi, ölkənin yüksək ixtisaslı kadrlara olan ehtiyacının ödənilməsinin təmin olunmasından ibarətdir: "Bu baxımdan Dövlət Proqramına ayrılmış vəsaitlərin daha perspektivli gənclərə yönəldilməsi olduqca zəruridir. Dövlət Proqramı çərçivəsində hansı ölkənin ali məktəblərində təhsil almağı tələbələr yalnız özləri seçirlər. Seçimlərə müdaxilə olunması və ya tələbələrin istiqamətləndirilməsi heç bir halda mümkün deyil. Çünki tələbələr xarici ölkələrin ali məktəblərinə qəbul olunduqdan sonra Dövlət Proqramına müraciət edirlər".

Azərbaycan Prezidenti Yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində artıq 100-dən çox tələbəyə müsbət rəy verilib. Ümumilikdə isə 2007-ci ildən bəri xaricdə təhsil alan tələbələrin sayı 1800 nəfəri ötüb. 2015-ci ilə kimi 5000-ə qədər azərbaycanlı tələbənin xaricdə təhsil alması nəzərdə tutulub.

Təəssüflə deməliyik ki, bu gün bilik səviyyəsi aşağı olan gənclər də bəzi xarici ölkə universitetlərinə yol tapırlar. Özü də imtahansız: qəbul təkcə attestatla aparılır. Bunu isə Təhsil Nazirliyi ilə heç bir əlaqəsi olmayan şirkətlər təşkil edirlər. Həmin təşkilatların bir neçəsinə müraciət edib bəzi qaranlıq məqamları aydınlaşdırdıq. Əvvəllər Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Polşa və digər Avropa ölkələri "universitetlərinə" daha çox qəbul aparılırdısa, indi üstünlük Ukrayna və Türkiyəyə məxsusdur. Sonrakı yerlərdə isə Gürcüstan və Moskva "ali məktəbləri" dayanır.

Atatürk Universitetinin semestr imtahanlarını Bakıda verirlər

Hazırda ictimai yerləri - metro stansiyalarını, televiziya ekranlarını və internet saytlarını "xaricdə imtahansız təhsil" reklamları "bəzəyir". Bunların içərisində Ukrayna, Türkiyə və Gürcüstan universitetlərində imtahansız qəbulun təşkilinə daha çox rast gəlinir. Buna görə də xaircdə attestatla "təhsil" təşkil edən şirkətlərlə söhbətimizi əsasən həmin ölkələr üzərində qurduq. Hər birinə yaxın qohumumuzun Azərbaycanda test imtahanından minimal balı toplaya bilmədiyini, bununla belə, xarici ölkə universitetində ali təhsil almaq istədiyini dedik.

"Ukraynada Təhsil" təşkilatından bildirdilər ki, vətəndaş heç bir imtahan vermədən Ukraynada istədiyi universitetə qəbul edilir. Yalnız attestat tələb olunur. İllik təhsil haqqı fakültələrə görə dəyişir. Minimal 1700, maksimal məbləğ isə 2500 dollardır. Tələbə yataqxanası əlavə ödənişlidir, illik 500-600 dollar. Əlavə olaraq qəbul xərci də var ki, 1700 manat təşkil edir.

Ukrayna universitetlərinə qəbul aparan daha bir təşkilat - "Zəfər Kursları" da vətəndaşlardan yalnız attestat tələb edir. Təhsil haqları 300-1000 manat arasıdır, orada qalmaq və yemək xərcləri bura daxil deyil.

Türkiyə universitetlərinə imtahansız qəbulu təşkil edən "Academy group" adlı təşkilatdan isə bildirdilər ki, təhsil haqları 200 dollardan 1200 dollar arası dəyişir. Yataq xərcləri aylıq 80-150 manatdır. Ərzurum Atatürk Universitetində qiyabi təhsil almaq istəyənlər isə tədris müddətində universitetə getməyə də bilər. Hər semestrdə iki imtahan olur. Tələbə imtahanın birini Azərbaycanda, digərini isə Türkiyədə verir. Təhsil haqqı 1000 avrodur. Gediş-gəliş və qalmaq xərcləri isə şübhəsiz ki, tələbənin özünə aiddir. Türkiyə universitetinin semestr imtahanını Bakıda necə verəcəyimiz və bu "imtahanı" bizdən kimlərin götürəcəyi barədə suallarımıza isə olduqca orijinal cavab aldıq: "İmtahanı elə bizim ofisdə verərsiniz... Narahat olmayın, imtahanı biz götürürük, razılaşarıq..."

"İTCC" (Beynəlxalq Təlim Mərkəzi "Qafqaz") adlı şirkət isə Gürcüstan universitetlərinə tələbə qəbulu təşkil edir. Burada tibdən başqa bütün ixtisaslara qəbul üçün 1900 manat tələb olunur. Tələbələrin necə yerləşdirilməsinə gəldikdə isə, "orada tələbələrin qalması üçün yerimiz var, aylıq 250 manatdır" - deyə öz təkliflərini bildirdilər.Qeyd edək ki, hazırda xaricdə imtahansız "təhsil" təklif edən onlarla şirkət fəaliyyət göstərir. Onlardan "FD Education", "Aki İnter", "Akademi", "Den" şirkəti, "Succes Future", "Shine" Xaricdə Təhsil, "Galaxy", "Modern", Ukrayna Beynəlxalq Təhsil Mərkəzi və başqalarının adlarını çəkmək olar. Bu təşkilatlar Ukrayna və Türkiyə ilə yanaşı, Çin, Belarus, Litva, Çexiya və digər Avropa "universitetlərinə" də tələbə yerləşdirirlər. Bu "universitetlər" üzrə qəbul xərcləri isə bəzən 5 min avroya qədər gedib çıxır.

Fırıldaqçıların könüllü qurbanları

Bu şirkətlərin təklifləri ilə tanış olarkən belə bir sual yaranır - axı imtahansız, heç bir bilik tələb olunmadan xaricdə necə ali məktəbə qəbul olmaq olar? Universitetə getmədən, evində oturub 4 ilin tamamını gözləyən və sonda diplom dalınca gedən "tələbə"nin necə "təhsil" alacağı məlumdur. Heç bir məntiqə əsaslanmayan bu "təhsil"ə nə ad verək? Azərbaycanda test imtahanından minimum keçid balını toplaya bilməyən biri xaricdə necə təhsil alacaq? Harada görünüb ki, bünövrəsi olmayan tikili sona qədər tab gətirsin, ayaqda qalsın?! Demək ki, imtahansız xaricdə təhsil verən "universitetlər"i də təhsil vermək deyil, fırıldaqçılıqla pul qazanmaq düşündürür.

Faktlarla tanış olarkən bir müəmma da ortaya çıxır ki, şirkətlərin təklif etdiyi eyni ölkələrdəki universitetlər, hətta fakültələr belə eyni olduğu halda əlavə xərclər və təhsil haqları fərqlidir. Yəni hər təşkilat öz maraqları çərçivəsində qiymət müəyyənləşdirib. Zaman-zaman bu kimi təşkilatların fəaliyyətindən aidiyyəti orqanlara həm tələbələr, həm də valideynlər tərəfindən şikayətlər daxil olub. Onlardan biri də "Unitar" təşkilatıdır. Onun xidmət göstərdiyi ünvanı tapıb fəaliyyətlərini öyrənmək istədik. Həmin ofisdə oturan oğlan bircə kəlmə belə dedi: "Onlar camaatı aldadıb gediblər". Məlum oldu ki, təşkilat artıq fəaliyyətini dayandırıb. Qeyd edək ki, həmin təşkilat vətəndaşları Türkiyə universitetlərindən birinə göndəribmiş, universitetdə isə "tələbələr"ə deyiblər ki, sənədləriniz saxtadır. Beləcə, vətəndaşların çəkdiyi əziyyətlərlə yanaşı, bütün xərcləri də hədər gedib.

Sənə təhsil lazımdır, ya diplom?

Təəssüf doğuran məqamlardan biri də budur ki, insanlar kütləvi şəkildə bu şirkətlərə müraciət edirlər. Fırıldaqçıların girovuna çevrilməkdə valideynlərin məsuliyyətsizliyi də böyük rol oynayır. Onlar məlumatsızlıq ucbatından övladlarının təhsilini, onların gələcəyini öz maraqlarına - diplom sevdasına qurban verirlər. Elə bu il Ukraynada "təhsil"ə müraciət edən paytaxt sakini Azər Məmmədovun anası Könül xanım kimi. Onunla söhbət zamanı məlum oldu ki, oğlu ali məktəbə daxil ola bilmədiyi üçün ətrafdakı insanların, qohum-əqrəbanın qınağından çəkinir. Onun "qoy deməsinlər ki, filankəsin oğlu diplomsuzdur" ifadəsi vəziyyəti çılpaqlığı ilə göstərir. Azərin özü isə valideynlərinin razılığı ilə bu qərarı verib: "Açığı, mənə də maraqlıdır, necə olur ki, imtahan vermədən universitetdə oxuyacam? Görək nə olur..."

Bakı şəhər sakini Elçin İsmayılov da bu il imtahansız xaricdə təhsillə maraqlanıb. Təhsil yarmarkalarının birində təşkilatçı şirkətdən xaricdə təhsilin detallarını xəbər alıb. Xüsusən də oradakı təhsilin keyfiyyətinin necə olduğunu soruşub. Ona belə cavab veriblər: "Sənə təhsil lazımdır, ya diplom?!" Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur!

Bir neçə il əvvəl Ukraynada "təhsil" alıb Azərbaycana qayıdan Cəfər Rzayevi düşündürən isə tam başqa amildir: "Azərbaycanda test imtahanından 31 bal toplamışdım. Amma xaricdə imtahansız təhsillə maraqlanıb müraciət etdim. Pis-yaxşı universiteti bitirmişəm. Di gəl ki, hansı iş yerinə üz tuturam, diplomu tanımadıqlarını deyirlər. Lakin universitetdə bizə demişdilər ki, diplomunuz tanınacaq. İndi isə özünüz görürsünüz də, bu dörd illik xərclərim də batdı, diplomum da yararsız oldu..."

Nə keyfiyyətli təhsil verirlər, nə də diplomları tanınır

Günümüzün acı reallığıdır: bəzi insanlarda sanki belə bir rəy formalaşıb - təhsil necə olur-olsun, fərqi yoxdur, yetər ki, diplom olsun. Bu baxımdan onların imtahansız xaricdə "təhsil" adı ilə fırıldaqçıların könüllü qurbanına çevrilmələrinin əsas səbəbi də diplomdur. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çünki ölkə qanunvericiliyi bu yolla "təhsil" alıb ölkəyə qayıdanların diplomunu rəsmən tanımır. Deyək ki, ölkə həmin "universitet"lərin diplomunu tanıyır. Gəlin görək, işə götürən yalnız diplomla götürür? Xeyr, təbii ki, bir neçə il əvvəllərlə müqayisədə artıq bütün dövlət və bir çox özəl təşkilatları onlara müraciət edən əməkdaşları müvafiq imtahanlardan keçirir. Xaricdə "təhsl" alıb, əslində normal biliyi olmayan bu insanlar istər bir yox, beş diplomu olsun, özəl yaxud dövlət təşkilatlarının müəyyənləşdirdiyi imtahandan keçə bilməyəcəklər. Beləliklə, aydın olur ki, imtahansız xarici ölkələrdə "təhsil" təklif edən şirkətlər nə təhsil, nə də qanuni diplom verirlər.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, professor Bəxtiyar Əliyevin sözlərinə görə, hər bir vətəndaşın imtahan verməklə istənilən ölkədə təhsil almaq hüququ var. Əgər tələbə qanuni yolla imtahandan keçib xarici ölkə universitetinə qəbul olunubsa, onun diplomunun tanınması Azərbaycan qanunvericiliyi ilə müəyyənləşdirilir: "Bunun üçün Dövlət Proqramı da var. Proqrama əsasən, ölkələr arasında saziş imzalanır. Proqrama müraciət edən abituriyent imtahanda yetərli nəticə göstəribsə, həmin sazişin şərtlərinə uyğun universitetlərə qəbul olunur. İstər Azərbaycan, istərsə də dünyanın tanınmış universitetlərində bu cür qəbullar aparılır. Bunun heç bir qeyri-qanuni tərəfi yoxdur. Hansısa təşkilatın verdiyi diplomlar saxta olmasa da, fəqət onların bir hüquqi qüvvəsi də olmayacaq, çünki bu diplom nə o dövlətdə, nə də bu dövlətdə tanınır. Hansı şirkət vətəndaşlara təklif edir ki, sən imtahansız, biliksiz filan xarici universitetdə təhsil alacaqsan və sənin diplomun əksər ölkələrdə tanınacaq, bu, saxtakarlıqdır".

Ümumiyyətlə, biliyi ortaya çıxarmadan, imtahansız xaricdə ali məktəbə qəbulun aparılması absurddur. Görünür, həmin universitetlərdə plan yerləri boş qalır və məlum maraqlardan çıxış edən şirkətlər insanları qanunsuz yollarla həmin universitetlərə cəlb edirlər.

Rəsmi xəbərdarlıq

Ekspertlərlə yanaşı, aidiyyəti qurumlar da imtahansız baş tutan qeyri-qanuni ali təhsildən narahatdırlar. Bu problemlə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə də həyəcan təbili çalıb: "Qəbul imtahanlarında çox aşağı nəticə göstərən abituriyentləri imtahansız qəbul etdirmək üçün xarici ölkə universitetləri qanunsuz olaraq müxtəlif yerlərdə elanlar verir və təbliğat işləri aparırlar. Əsasən qəbul imtahanında 0-100 bal toplayan abituriyentlərin valideynləri belə qəbul forması ilə maraqlanır və bu prosesdə daha çox yaxından iştirak edirlər".

Bir məqamı xüsusilə vurğulayaq ki, bu təşkilatların bir çoxu özlərinə haqq qazandırmaq üçün Təhsil Nazirliyi ilə razılaşdıqlarını bildirirlər. Lakin Azərbaycan Respublikasının Təhsil Nazirliyi xaricdə ali məktəblərə imtahansız qəbul aparan heç bir təşkilatla əməkdaşlıq etmir. Bu barədə nazirliyin rəsmi internet səhifəsində bəyanat da verilib. Bəyanatda bildirilir ki, "Azərbaycanda tələbələrin xarici ölkələrin ali təhsil müəssisələrinə qəbulu sahəsində çalışan şirkətlərin sayı artır və bəzi vətəndaşlarımızın bu şirkətlərin fəaliyyəti ilə bağlı şikayətləri daxil olmaqdadır. Bununla əlaqədar vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

Xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə, onların valideynlərinə tövsiyə olunur ki, özləri birbaşa xarici ali təhsil müəssisələrindən qəbul prosedurlarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər. Hər hansı yerli şirkətlə əməkdaşlıq nəticəsində maddi və ya mənəvi ziyan çəkmiş vətəndaşlarımız isə birbaşa olaraq aidiyyəti orqanlara müraciət edə bilərlər".

Artıq görünən dağa bələdçi lazım deyil! Odur ki, ailə büdcənizi və gələcəyinizi "ali təhsil" vəd edən fırıldaqçılardan qoruyun!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sənəd qəbulu başladı

    Sənəd qəbulu başladı ...

    22-05-2014, 10:42

  • 
  • Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

    Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə ...

    23-07-2013, 12:43

  • 
  • Təhsil Nazirliyindən sərt xəbərdarlıq

    Təhsil Nazirliyindən sərt xəbərdarlıq ...

    9-05-2014, 13:22

  • 
  • Bu gün Azərbaycanda bilik günüdür

    Bu gün Azərbaycanda bilik günüdür ...

    15-09-2015, 15:54

  • 
  • Xaricdə 2166 nəfər dini təhsil alır

    Xaricdə 2166 nəfər dini təhsil alır ...

    2-12-2015, 15:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu