Rusiya Nevroloji Mərkəzin həkimi Pyotr Şaxnoviç Truxanov mikroçiplərin insan beyninə implantasiya edilməsinin risklərini qiymətləndirib.
Turxanov bu barədə “Zvezda” telekanalına açıqlamasında bildirib.
O qeyd edib ki, implantların kütləvi tətbiqi bir sıra fəsadlar yarada bilər, lakin cihazların terapevtik məqsədlər üçün istifadəsində heç bir problem yoxdur: “İnsanlar təşviş yaratmağa meyllidir. Ancaq unutmayaq ki, elm adamları cəmiyyətə tərəqqi gətirirlər”.
Nevroloq əlavə edib ki, bu inkişafın müsbət nəticələr verəcəyinə inanır.
Xatırladaq ki, daha əvvəl İlon Maskın rəhbərliyi altında sözügedən beyin implantı sınaqları donuz üzərində həyata keçirilib. O, analoji əməliyyatın ilk dəfə olaraq bu il insan üzərində gerçəkləşdiriləcəyinə ümid etdiyini bildirib./APA/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?