Sinqapur həkimləri koronavirusun fəsadlarından birinin qanqrena olduğunu bildiriblər.
Bu barədə “The Straits Times” xəbər yayır.
Bildirilir ki, aortada tromb yığılması aşağı ətrafların qanqrenasına səbəb olur.
Həkimlər 39 yaşlı koronavirus xəstəsinin sağ ayağında qəfil ağrıların olmasını və tədricən barmaqlarında qanqrena yarandığını müşahidə ediblər. Xəstəyə stent qoyulması ilə qanqrenanın yayılmasının qarşısı alınıb və üç ay sonra o, tamamilə yoxa çıxıb.
Mütəxəssislərin sözlərinə görə, şəkərli diabet kimi yanaşı xəstəlikləri olmayan gənc insanlarda belə hallara rast gəlinməsi qəribə hadisədir:
“Koronavirus insult, infarkt və başqa xəstəliklərin inkişafına səbəb ola bilər”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?