“İtaliya koronavirusa qarşı peyvəndin tədarükünün gecikməsi ilə bağlı “Pfizer” və “AstraZeneca” şirkətlərini məhkəməyə verəcək”.
Bu barədə RAI televiziyasına müsahibəsində İtaliyanın Xarici İşlər naziri Luici di Mayo danışıb.
“AstraZeneca” və “Pfizer” müqaviləyə riayət etmir, biz məhkəməyə verəcəyik. Biz Avropa səviyyəsində əczaçılıq şirkətlərinə öhdəliklərini yerinə yetirməsi üçün təzyiq göstərəcəyik”, - deyə XİN rəhbəri bildirib.
Nazir qeyd edib ki, İtaliya vaksinasiya templərinə görə Avropada ilk sırada olub, lakin hazırda həmin templər yavaşlayıb.
Sorğu
Yeni dizaynımız necədir?