Hindistanda vüsət alan "qara göbələk" xəstəliyi Argentinada da görülüb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Belə ki, xəstəxanada koronavirusdan müalicə alan şəxsdə qara göbələk infeksiyasına rast gəlinib. Bundan sonra xəstə xüsusi otağa salınıb. Həkimlər infeksiyanın yayılmaması üçün xüsusi tədbirlər görüblər. Nazir bunun ölkədə ilk olduğunu açıqlayıb.
Qeyd edək ki, Hindistanda təxminən 10 min insanın yoluxduğu qara göbələk xəstəliyi, 200-dən çox insanın ölümünə səbəb olub. Ölümcül infeksiya bir müddət əvvəl də İraqda və Meksikada görülmüşdü.//unikal.org
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?