GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Həkimdən həyəcan TƏBİLİ: “Təngnəfəslik, havadan doymamaq hissi yaranırsa...”

Həkimdən həyəcan TƏBİLİ: “Təngnəfəslik, havadan doymamaq hissi yaranırsa...”

Tarix: 1-02-2022, 14:51 Bölmə :Maraqlı Baxış: 873

Pandemiya dövründə təngnəfəslik deyəndə ilk ağıla gələn “görəsən koronavirusa yoluxmuşam?” sualı olur. Lakin əslində bu simptom bir tək koronavirusla bağlı deyil. Bu sindrom orqanizmdə müxtəlif xəstəliklərin, problemlərin ilkin əlaməti ola bilər. 

İstənilən xəstəliyin ilkin simptomlarını düzgün qiymətləndirib həkimə müraciət etməklə sağlamlığımızın keşiyində dayana bilərik.

Bəs görəsən, əslində son dövrlər tez-tez rastlaşdığımız tənginəfəslik sindromu nədir?

Təngnəfəslik nədən yaranır? Bu psixoloji, stresdən yaranan haldır yoxsa necə? Onun qarşısını almaq üşçün nə etmək lazımdır?

Oxu.Az-ın bu və digər suallarını Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova cavablandırıb. O bildirib ki, norma çərçivəsində yetkin insanlarda dəqiqədə 8-12 tənəffüs hərəkəti olmalıdır:

“Onun tənəffüs həcmi isə 400-800 ml təşkil edir. Lakin, vərdiş etmədiyimiz fiziki işlə məşğul olduqdan sonra qısa müddət müşahidə edilən tənginəfəslik normal haldır. Lakin təngnəfəslik yaxud hava çatışmamazlığı kimi təsvir olunan şikayət uzun müddət davam edirsə, xüsusən də qəflətən səbəbsiz olaraq, bəzən yuxuda belə yaranırsa bu zaman orqanizmdə hər hansı ciddi potologiyanın əmələ gəlməsindən şübhələnmək olar”.

Həkim qeyd edir ki, təngnəfəsliyin yaranma səbəbləri həm bronx-ağciyər sistemi ilə, həm də ürək-qan damar sistemi ilə əlaqəli ola bilər:

“Eyni zamanda ağciyər arteriyasinin tromboemboliyasi səbəbindən, artıq çəki, psixo-emosional gərginliklə və s.məqamlardan da təngnəfəslik yarana bilər. Hər birinin yaranma səbəbinin özünün xarakter əlamətləri və özünəməxsus kliniki gedişatı olur. Tənəffüs zamanı kənardan aydın eşidilən fitverici səslər adətən qırtlağın daralmasından yəni stenozdan xəbər verir. Laringit, allergik reaksiya, yad cisim və s. buna səbəb ola bilən məsələlərdəndir. Nəfəs vermə zamanı yaranan çətinliklər, boğulma, boğaz tutmalarının olması, öskürək, xışıltılı tənəffüs daha çox bronxial astma, ağciyərin xroniki obstruktiv xəstəliyi, bronxit və pnevmoniyalar üçün xarakterdir.

Pnevmoniyalar həmçinin bədən hərarətinin artması ilə də xarakterizə olunur. Pasient daha çox nəfəs almadan şikayət edərsə, uzanmış vəziyyətdə tənginəfəslik artıb, oturduqda azalırsa (buna ortopnoe deyilir-red.), yanaşı olaraq ödəmlər, sianoz (dəri və selikli qişalarin göyərməsi- red.), fiziki hərəkət zamanı tənginəfəslik artarsa və döş sümüyü arxası ağrılarla müşayiət olunarsa, problemin ürək qan damar sistemi ilə əlaqəli olunduğu düşünülə bilər.

Eyni zamanda mərkəzi sinir sisteminin zədələnmələri, insult, travma, beyin ödəmi, intoksikasiyalar qəflətən yaranan tənginefəsliyə gətirib çıxara bilər. Həmçinin diabetik koma zamanı asidoz, böyrək çatmamazlığı, geniş iltihabi proseslər də dispnoe yeni tənginəfəslik sindromuna yol açır. Ağciyərin hiperventilyasiyası deyilən bir hal daha çox qadınlarda psixo-emosional gərginlik keçirərkən, müxtəlif nevrotik pozğunluqlar zamanı özünü pasientdə havadan doymamaq hissi kimi, yaxud dərindən nəfəs ala bilməmək hissi kimi xarakterizə olunur. Bu hal psixonevroloqlar tərəfindən müalicə olunur”.

“Təngnəfəslik ciddi hal olduğu üçün onu diqqətsiz qoymaq, yaxud xalq təbabəti ilə aradan qaldırmaq mümkün deyil. Bu kimi problemlər varsa, onun səbəbini araşdırmaq və vaxtında aradan qaldırmaq üçün mütləq həkimə müraciət etmək məsləhətdir”, - deyə həkim qeyd edib.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Kərəm Yabuqov hazırda süni tənəffüs cihazına qoşulub”

    “Kərəm Yabuqov hazırda süni tənəffüs cihazına ...

    14-07-2020, 12:00

  • 
  • Bəhram Bağırzadə süni tənəffüs aparatından ayrıla bilər

    Bəhram Bağırzadə süni tənəffüs aparatından ayrıla ...

    6-07-2020, 13:17

  • 
  • Azərbaycanda koronavirusa görə süni tənəffüs aparatına qoşulan xəstələrin sayı bilindi

    Azərbaycanda koronavirusa görə süni tənəffüs ...

    16-10-2020, 11:28

  • 
  • COVID-19-u yüngül keçirənlərin müalicəyə ehtiyacı yoxdur

    COVID-19-u yüngül keçirənlərin müalicəyə ehtiyacı ...

    26-12-2020, 17:00

  • 
  • Qeysəriyyə kəsiyi əməliyyatı, yoxsa normal doğuş?

    Qeysəriyyə kəsiyi əməliyyatı, yoxsa normal doğuş? ...

    8-12-2013, 20:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu