Gundemxeber.az » Maraqlı » İlin ikinci Günəş tutulması başlayıb - Yenilənib
Təbii hadisə saat 17:02-də sona çatacaq...
İlin ikinci Günəş tutulması başlayıb.
Qismən Günəş tutulması olan hadisə 17:02:11-də sona çatacaq. Tutulmanın maksimumu 15:00:16-da olacaq və 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək.
Bu, Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.
Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59:38-də başlayacaq və 16:30:05-də sona çatacaq. Tutulmanın maksimumu 15:17:43-də olacaq.
***
Bu gün Günəş tutulması baş verəcək.
Bu, 2022-ci ilin ikinci qismən Günəş tutulması olacaq.
Təbii hadisə saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:00-da olacaq, 4 saat 4 dəqiqə davam edəcək.
Təbiət hadisəsi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən Azərbaycanda da müşahidə olunacaq.
Xatırladaq ki, ilin ilk Günəş tutulması aprelin 30-da Bakı vaxtı ilə saat 22:45-də başlayıb və mayın 1-də başa çatıb.
Bu, qismən Günəş tutulması olub. Təbii hadisə 3 saat 52 dəqiqə davam edib və saat 02:37-də sona çatıb. Tutulmanın maksimumu saat 00:41-də olub.
Günəş tutulması bir sıra ölkələrdə aydın müşahidə ediləcək.
Gundemxeber.Az
20-03-2015, 12:43
13-07-2018, 11:24
21-11-2016, 14:11
7-08-2017, 12:36
20-03-2015, 17:21
Sorğu
Yeni dizaynımız necədir?