Fars-molla rejiminin yaxalanan 6 casusu ilə bağlı ilginc faktlar
gundemxeber.az Dünən məlum oldu ki, İsrailin məşhur xəbər portallarının birində Azərbaycan hüquq-mühafizə orqanlarının keçən həftə 6 iranlı agenti tutması barədə xəbər yayıb. Bildirək ki, həmin agentlərin kimlikləri və hansı məqsədlə ölkəmizə gəlmələri barədə daha dolğun bilgilərin aşkarlanması üçün bir sıra araşdırmalar apardıq və ortaya ilginc faktlar çıxdı. Araşdırmalarımız zamanı məlum oldu ki, yaxalanan 6 İran vətəndaşı adıkeçən ölkənin xüsusi xidmət orqanlarının məqsədli şəkildə Azərbaycana göndərdikləri casuslar olublar və onlar tapşırıq əsasında Azərbaycanın İsraildən aldığı pilotsuz təyyarələrin yerləşdiyi hərbi bazasını müəyyənləşdirməli imişlər. İranlı agentlərin üzərlərində axtarış zamanı onların üzərindən külli miqdarda nağd pul, saxta pasportlar, müxtəlif tipli tapançalar və pilotsuz təyyarənin uçuşunun əngəllənməsi, onun idarəçiliyinin ələ keçirilməsi üçün xüsusi hazırlanmış cihaz ələ keçirilib. Həbs olunan İran casuslarının sorğu-sualı zamanı onlar etiraf ediblər ki, Azərbaycana göndəriliblər və onların məqsədi İsraildə istehsal olunmuş UAV tipli pilotsuz təyyarəni ələ keçirmək olub ki, həmin təyyarələrdən biri davamlı şəkildə Xəzər dənizi üzərində uçuşlar həyata keçirir. Onu da bildirək ki, bu həbslə bağlı məlumatları məxfi saxlayan Azərbaycanın xüsusi xidmət orqanlarının mövqeyinə uyğun olaraq rəsmi Bakı tərəfindən İranın mədəniyyət məsələləri üzrə attaşesinin ölkəmizə gəlişinə qadağa qoyulub. Bildirək ki, o, istirahətdən sonra Tehrandan Bakıya dönürdü. Bildirək ki, İranın Azərbaycandakı səfirliyinin attaşesinin nədən ölkəmizə buraxılmaması ilə bağlı hər hansı rəsmi izahat verilməyib və bu addım hansısa formada rəsmi olaraq əsaslandırılmayıb. Əslində isə mədəniyyət attaşesinin əsl kimliyi Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən tam olaraq təsbit olunub. Və aydın olub ki, realda attaşe ələ keçirilən casus şəbəkəsini idarə edən, yönəldən bir nömrəli fiqur olub və o, İranın xüsusi xidmət orqanlarının məxfi casusudur. Onu da bildirək ki, bu arada rəsmi Bakı İrana qarşı addımlarını daha da sərtləşdirməklə, əslində fars-molla rejiminin ölkəmizdəki kəşfiyyat şəbəkəsinin mövcudluğuna açıq reaksiyasını vermiş olurdu. Bir yandan Milli Məclis İranla ölkəmiz arasında vətəndaşların sadələşdirilmiş gediş-gəlişini ləğv edən qərara imza atdı, digər yandan isə Bakıda Dünya Azərbaycanlıları Konqresinin təmtəraqlı toplantısı keçirildi ki, hər iki hadisə İranda böyük rezonans doğurmuş oldu. Hətta ikinci olay səbəbindən rəsmi Tehran Azərbaycana etiraz notası da ünvanladı ki, əslində burada məsələnin təmamilə fərqli nədəndən dolayı cərəyan etdiyini hər iki tərəf gözəl bilirdi. Təbii ki, söhbət həbs olunmuş İran cəsuslarından və Azərbaycanda diplomat kimi akreditə olunmuş mədəniyyət attaşesinin isə məxfi agent olması faktının ifşa olunmasından, bu məsələlərə rəsmi Bakının sərt reaksiyasından gedirdi. Yəni burada DAK və Sabir Rüstəmxanlının Bütöv Azərbaycanla bağlı fikirləri bir növ diplomatik toqquşmalar üçün açıq bəhanə rolunu oynamışdı. Danışıqların alt yapısında isə dartışılan mövzu məhz iranlı agentlərin Azərbaycandakı macəraları idi. Onu da bildirək ki, əslində İranla Azərbaycanın münasibətləri son günlərə aid olaraq bu ilin 9 dekabr tarixindən yenidən şiddətli gərginlik xarakteri almağa başlayıb. Belə ki, İran mətbuatında bəyan edildi ki, Azərbaycanın cənub sərhədlərində İsrailə və Amerikaya aid pilotsuz təyyarələr kəşfiyyat uçuşları edirlər. Amma Azərbaycan tərəfi bildirdi ki, bu yaxınlarda İsraildən 10 pilotsuz Hermes-450 UAV təyyarələri alıb ki, həmin pilotsuz təyyarələr hesabına Azərbaycan öz milli təhlükəsizlik maraqlarını təmin etməkdədir. Amma İran tərəfi iddiasında bildirib ki, Azərbaycandakı hərbi hava bazalarından qalxan həmin pilotsuz təyyarələr İsrailə məxsus peyklər tərəfindən idarə olunur və informasiya bazası da İsrail üçün formalaşdırılır. Bu məsələyə reaksiya verən rəsmi Tel-Əviv isə fars-molla rejiminin açıqlamalarını Azərbaycan-İsrail münasibətlərində süni tələ yaratma cəhdi kimi qiymətləndirdi. Hər halda, bu kimi faktlar da təsdiqləyir ki, Azərbaycan bu gün İran-İsrail və İran-ABŞ münasibətlərində ən təhlükəli nöqtələrin birinə doğru itələnməkdədir. Azər
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?