GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Kosmosun fəthi: 2023-cü ildən gözləmək olar?

Kosmosun fəthi: 2023-cü ildən gözləmək olar?

Tarix: 17-01-2023, 11:03 Bölmə :Maraqlı Baxış: 212

Son vaxtlar kosmos 1960-cı illərdəki qədər populyarlaşıb – onda bu sahə yenicə tədqiq olunmağa başlamışdı və iki  kosmik dövlət (SSRİ və ABŞ) arasında əsl kosmik yarış gedirdi. Doğrudur, ola bilsin, indi uşaqlar bağçadan kosmonavt olmaq qərarıyla qayıtmırlar, amma hamımız maraqla gözləyirik ki, görək kim hara və nə vaxt uçacaq.

2022-ci il Artemis-1 missiyasının pilotsuz Orion kosmik gəmisinin Ayın ətrafında uğurlu bir şəkildə dövrə vurmasıyla başa çatdı. Bu, insanların Yerin peykinə uçmasına və ora enməsinə hazırlıq mərhələsiydiBəs 2023-cü ildə bizi nələr gözləyir?

Ay missiyaları

Orion  orbital missiyasından sonra NASA bu uğuru inkişaf etdirmək və Aya yeni ekspedisiyalar göndərmək niyyətindədir. Məqsəd 2025-ci ilə planlaşdırılan pilotlu uçuşlardan əvvəl orda elmi təcrübələr həyata keçirmək və avadanlıqları sınaqdan keçirməkdir.

Nova-C eniş aparatı
Nova-C eniş aparatı Aya Falcon 9 raketiylə göndəriləcək

NASA ilk olaraq Nova-C eniş aparatını göndərəcək. Astronavtların istifadə edəcəyi elmi avadanlıqlardan ibarət beş bağlamanı Aya aparmalı olan bu aparat Fırtınalar Okeanına enməlidir.

Pilotlu missiyalar üçün faydalı ola biləcək məlumatların hansı keyfiyyətlə toplanıb ötürüləcəyini müəyyən etmək üçün aşağı tezlikli radioötürücülər, sensorlar, foto və video kameralar sınaqdan keçiriləcək.

Vulcan Centaur daşıyıcısı vasitəsilə Aya uçuş hazırlığı çərçivəsində Peregrine eniş kapsulu da göndəriləcək.

Beş manevr mühərrikiylə təchiz edilmiş bu kapsul yüklərin Ay səthinə çatdırılması üçün istifadə olunacaq.

Kosmik turizm

Bu il orbitdə 10 günlük tətil üçün əlini cibinə salanları Beynəlxalq Kosmik Stansiyaya (İSS) aparmaq üçün iki uçuş planlaşdırılıb. Bu, bahalı əyləncədir – təxminən 60 milyon dollara başa gəlir, amma o da var ki, turistlər stansiyanın pəncərəsindən fantastik mənzərələr görəcəklər.

Yapon milyarder Yusaku Maezava İlon Maska məxsus SpaceX şirkətinin Aya səyahət edəcək Starship kosmik gəmisində özüylə aparacağı səkkiz şanslı şəxsin  adını açıqlayıb.

Turist kimi ilk dəfə 2021-ci ildə,  Rusiyanın Soyuz kosmik gəmisində BKS-də  olmuş  Maezava  bu dəfə dearMoon (Əziz Ay) adlı layihə çərçivəsində kosmosa qayıtmaq və Ayın orbitinə çıxmaq istəyir. Uçuş təxminən bir həftə davam edəcək, amma Yerin peykinə enmək proqrama daxil deyil.

BKS-yə və geriyə

Şəkil. BKS Yerdən göndərilən təchizatdan asılıdır
BKS Yerdən göndərilən təchizatdan asılıdır

Son illərdə biz Space X-in Crew Dragon gəmisinin BKS üçün marşrut avtobusuna çevrilməsinə alışmışıq: dəqiq bir qrafik üzrə ora yük daşıyır, stansiyanın heyətini dəyişir. “Əjdaha” bu il də eyni qrafiklə uçacaq, amma indi xəttə Boeing CST-100 Starliner-də çıxacaq.

Starliner ekipajları BKS-ə və aşağı orbitli digər obyektlərə çatdırmaq üçün nəzərdə tutulmuş, təkrar istifadə edilə bilən kosmik gəmidir (şərti olaraq) və biz onun uçuşlarını ilk dəfə bu il müşahidə edə biləcəyik.

Gəmi müxtəlif müasir cihazlarla və təbii ki, həm də internet əlaqəsiylə təchiz olunub. Onun kosmosa  maksimum 10 dəfə uçacağı bildirilir.

Yupiterin buzlu ayları

Yupiterin üçüncü ən böyük peyki İo
Yupiterin üçüncü ən böyük peyki İo. Səthində su olmadığı üçün bu peyk alimlərdə maraq doğurmayıb

Avropa Kosmik Agentliyi (ESA) da rəqiblərindən geri qalmaq niyyətində deyil – qurum aprel ayında Yupiter Icy Moons Explorer (JUICE, Yupiterin buzlu aylarını araşdıran) aparatını kosmosa göndərməyi planlaşdırır. Aparatın görəcəyi işlər elə adından bəllidir: 13 il davam edəcək missiyada Yupiterin üç peyki – Qanimed, Kallisto və Avropa peykləri tədqiq ediləcək. Güman edilir ki, onların səthində böyük su ehtiyatları var və bu o deməkdir ki, bu peykləri potensial yaşayış məskəninə çevirmək olar.

İşlər plan üzrə getsə, 2031-ci ildə JUICE Yupiterə çatacaq, tədqiq edilən peyklərin yanından keçəcək, 2034-cü ilin dekabrında isə Qanimedə yaxınlaşacaq və başqa planetin Ayının orbitinə çıxan ilk kosmik gəmi olacaq.

NASA da boş oturmayacaq və oktyabr ayında SpaceX-in xidmətlərindən istifadə edərək Falcon Heavy kosmik gəmisini böyük dəmir-nikel asteroidi Psixe-yə göndərəcək.

Bu, 2022-ci ildə baş verməliydi, proqram təminatındakı nasazlıqlar və digər texniki çətinliklər səbəbindən təxirə salındı. Amma Falcon Heavy mənzil başına çatanda həm də Marsın ətrafında dövrə vuracaq.

  • Yuri Qaqarin: “Bütün dünyanı lərzəyə gətirən səyahət”12 Aprel 2021
  • Ay missiyasının gündəlik həyatımıza gözlənilməz 8 təsiri2 Iyul 2019
  • Kosmonavt xəstəlikləri bizi müalicə etməyə necə kömək edir?21 Oktyabr 2018

Tam məxfi!

Əlbəttə, biz yeni kosmik proqramlar haqqında daha çox bilmək istərdik, amma təəssüf ki, kosmosa təkcə mülki şəxslər yox, hərbçilər də maraq göstərirlər, ona görə də məlumatların çoxu hələ də məxfi saxlanılır.

Məsələn, ABŞ ordusunun yeni yaradılmış Kosmik Qüvvələr qolu bu il bir neçə raket buraxmağı planlaşdırır, amma onların kosmosa nə və niyə aparacaqları sirr olaraq qalmaqdadır.

Hərçənd amerikalılar bəzi sirlərini bölüşürlər: məsələn, 2022-ci ildə bildirdilər ki, onların eksperimental hərbi avtonom kosmik təyyarəsi “X-37B” orbitdə qalma rekordunu təzələyərək 908 gün kosmosda olub. Ola bilsin, bu təyyarə haqqında bu il də nələrsə eşidək.

Öz hərbi-kosmik qüvvələrini ABŞ-dan əvvəl yarada bilmiş (kosmik yarışda heç olmasa, bir  qələbə qazanmış) Rusiya  2024-cü ildə BKS proqramından çıxacağını açıqlayıb.

Roskosmos-un yeni rəhbəri Yuri Borisovun sözlərinə görə, ölkənin kosmik sənayesinin vəziyyəti o qədər də yaxşı deyil, ona görə də artıq inhisarçı korporasiya əsasən Rusiya iqtisadiyyatı üçün işləyəcək: naviqasiya, rabitə və hava məlumatlarının ötürülməsi xidmətlərini təmin edəcək.

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nasa Günəşə kosmik gəmi göndərir

    Nasa Günəşə kosmik gəmi göndərir ...

    3-06-2017, 00:02

  • 
  • Türkiyə Azərbaycanla kosmik sahədə əməkdaşlığa başlayacaq

    Türkiyə Azərbaycanla kosmik sahədə əməkdaşlığa ...

    10-02-2021, 15:14

  • 
  • NASA-nın "Perseverance" aparatı Marsa enib

    NASA-nın "Perseverance" aparatı Marsa ...

    19-02-2021, 19:49

  • 
  • Çin ilk kosmik yük gəmisini səmaya buraxdı

    Çin ilk kosmik yük gəmisini səmaya buraxdı ...

    20-04-2017, 16:46

  • 
  • Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının tədbirində iştirak edir

    Azərbaycan Beynəlxalq Astronavtika ...

    15-06-2021, 16:47


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (91)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu