Səs eksperləri uzun zamandır bir insanın səsinin onun emosional, fiziki və psixi sağlamlığı ilə bağlı mühüm məlumat verə biləcəyini bilirlər. İndi isə ABŞ hökumətinin maliyyələşdirdiyi layihə minlərlə səs toplayıb, onları tədqiq edir və süni intelektdən istifadə edərək onlar vasitəsilə xəstəlikləri diaqnoz edir.
Dr. Yael Bensusan pasientin səs tellərini yoxlayır.
O, Cənubi Florida Universitetinin Səs Mərkəzində bir sıra səs problemləri, o cümlədən üst tənəffüs yolu, səs və udmaqla bağlı problemləri olan xəstələri müalicə edir.
Son zamanlarla isə o, 30 min insan səsindən ibarət məlumat bazası qurmaq və kompyuterlərə insan səsindəki dəyişiklikdən xəstəlikləri müəyyən etməyi öyrədən yeni layihəni aparmağa kömək edir.
“Təkcə məlumat bazasını qurmaq deyil, həm də həmin məlumatları paylaşmaq, toplamaq və onlardan gələcəkdə süni intellektla bağlı tədqiqatlar üçün istifadə etməklə bağlı təlimatlar hazırlamaq,” o deyir.
O, Şimali Amerikada 12 müxtəlif univeristetdən və Avropada bir startapdan 45 tədqiqatçı ilə işləyir.
Onlar səs yazılarını tədqiq edirlər ki, bu səs yazıları onlara Parkinson və xərçəng, eləcə də səs teli iflici kimi xəstəlikləri müyyən etməyə yardım etsin.
Komanda həmçinin depressiya və anksyete (təşviş) pozğunluğu kimi əhval pozğunluqlarını araşdırır.
“Kimsə depressiyada, kədərli, təşvişli olanda, əlbəttə ki, onların nitqi dəyişir,” Dr. Bensusan deyir.
Bu təqdiqat mürəkkəb biotibbi problemlərin həlli üçün süni intellektdən istifadə etmək üçün nəzərdə tutulmuş Milli Sağlamlıq İnstitutunun Süni İntellektə Körpü proqramının maliyyələşdirdiyi dörd məlumat toplamaq layihəsindən biridir.
“Onlar əlimizdə olan texnologiya ilə klinik bilik və xəstəxanalarda klinik müalicədə istifadə etdiklərimiz arasında böyük bir boşluğun olduğunu anladılar,”
Bunu edərkən iştirakçıların məxfiliyini qorumalı olduqlarını da dərk etdilər.
“Biz insanların səslərini toplamaqla əlaqədar etik qaydalar və onları neçə məxfi saxlayacağımız barədə də düşünmək istəyirik,” Milli Sağlamlıq İnstitutundan Qreys Penq deyir.
Tədqiqata gələn ildən başlayaraq iştirakçılar cəlb olunacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?