Gundemxeber.az » Maraqlı » Görüntü var, sübut var, amma bəraət verilmir: Səbəb nədir? – VİDEO
Avtomobillə piyadanı vurub qaçmaqda ittiham edilən bloqer Səbinə Kətanova hadisənin görüntülərini paylaşıb.
Bununla bağlı açıqlama verən S.Kətanova onun barəsində tamamilə əsassız iddia səbəbindən cinayət işi açıldığını bildirib.
Görüntülərdən S.Kətanovanın avtomobilinin piyadaya xəsarət yetirmədiyi, sürücünün maşını yolun kənarına çəkərək xəsarət aldığını iddia edən piyada R. Ç. ilə söhbət etməsi məlum olur.
S.Kətanovanın sözlərinə görə, piyada daha sonra şikayətini geri götürüb: “Nərimanov rayonu ərazisində avtomobillə hərəkətdə olan zaman işıqforun qırmızı işığının yanmasını görüb digər avtomobillər kimi maşını dayandırdım. Yaşıl işıq yananda – mən hərəkətə başlayanda anidən bir nəfərin maşının qarşısına qaçdığını görüb dayandırdım. Həmin adam yolu keçmədi, maşın da ona dəymədi. Qayıdıb qolunu maşının sol güzgüsünə vurub güzgünü əydi. Ona dedim, “siz neynirsiz belə?”, o da qayıtdı ki, “siz məni vurdunuz”. Dedim axı sizi vurmamışam, siz qəsdən gəlib maşına toxundunuz”.
Barəsində cinayət işi açılan bloqer iddia edib ki, həmin şəxs ondan marketə gedib ərzaq almasını və ona pul verməsini tələb edib: “Həmin adama dedim, “məni tanıyırsınız”? Dedi, “hə, instaqramdan tanıyıram, Səbinə Kətanovasınız”. Məndən pul istəsə də, imtina etdim, dedim sizə niyə pul verməliyəm ki? Bu hadisə planlaşdırılmış şəkildə edilib. Daha əvvəl çox görmüşük, qəsdən maşının qarşısına çıxıb pul alanları. Bu da onlardan biri…”
S.Kətanova əlavə edib ki, piyada bundan sonra onun barəsində polisə şikayət edib: “2021-ci ildən bu iş üzrə məhkəmə gedir. Həmin piyada məhkəmədə də etiraf etdi ki, qolundakı xəsarəti avtomobil vurmasına görə yox, idman zalında alıb. Lakin bütün bunlara baxmayaraq mənə bəraət verilmir”.
Qeyd edək ki, S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hazırda işə Nərimanov Rayon Məhkəməsində baxılır. R.Ç. iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb. /Qafqazinfo/
17-09-2015, 14:19
9-06-2018, 12:19
10-07-2017, 01:01
4-01-2018, 20:37
17-09-2017, 12:19
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?