GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Quru sərhədlər NƏ ZAMAN AÇILIR? - AKTUAL

Quru sərhədlər NƏ ZAMAN AÇILIR? - AKTUAL

Tarix: 10-05-2023, 15:21 Bölmə :Maraqlı Baxış: 413

Quru sərhədlər NƏ ZAMAN AÇILIR?

“Dünya ölkələri xüsusi karantin rejimindən COVİD-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilər”. Bu barədə iki gün öncə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla (COVİD-19) bağlı 15-ci iclasında deyib.
İclasda komitə tərəfindən qeyd olunan tövsiyələrə əsasən, Qebreyesus COVİD-19 pandemiyasının artıq ictimai səhiyyədə beynəlxalq fövqəladə hal olmadığını təsdiq edib. Beləcə, qurum pandemiyanı rəsmən ləğv edib.
Qebreyesus eyni zamanda bildirib ki, bu qərar COVİD-19-un qlobal sağlamlıq təhlükəsi olaraq sona çatması demək deyil: “Keçən həftə dünyada COVİD-19 hər 3 dəqiqədə 1 nəfərin ölümünə səbəb olub. Virus hələ də bizimlədir, yoluxma hallarının və ölümlərin artmasına səbəb ola biləcək yeni ştamların yaranma riski qalmağa davam edir”.

Qeyd edək ki, Beynəlxalq Tibbi-Sanitariya Qaydalarında (2005) ictimai səhiyyədə beynəlxalq fövqəladə hal “xəstəliyi digər ölkələrə yayma riski daşıyan və potensial olaraq əlaqələndirilmiş beynəlxalq cavab tədbirləri tələb edən fövqəladə hadisə” kimi müəyyən edilib. Bu, hadisənin ciddi, qəfil, qeyri-adi və ya gözlənilməz hal kimi səciyyələndirilməsi deməkdir və bu təqdirdə xəstəlik təsirə məruz qalan dövlətin sərhədindən kənarda ictimai sağlamlıq üçün təhlükə doğurduğuna görə təcili beynəlxalq tədbirlər görülməsi tələb olunur.

Azərbaycan ÜST-in bu qərarından dolayı hansı əlavə addımlar atacaq? Quru sərhədləri açılacaqmı?

Gundemxeber.az-ın məlumatına görə, ifeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, artıq pandemiya ilə bağlı vəziyyət stabildir: “Hər ölkənin sabit yoluxma sayı var. Bu, təbii ki, hələ sıfır olmayıb. Bəzilərində bir az çox, bəzilərində bir az. ABŞ-da yoluxma sayı hələ var. Çin, Tayvan, Yaponiya, Şimali Koreyada yoluxma sayı hələ də kifayət qədərdir. Amma yoluxma sayı sabitdir, artmır, bir ölkədən digər ölkəyə keçmir. Belə olan halda da bu endemik vəziyyət adlanır. ÜST də artıq bu açıqlamanı verdi. Çünki pandemik vəziyyəti qaldığı müddətcə əlavə xərclər, məsrəflər var. Əlavə enerji tələb olunur. Buna ehtiyac olmadığı üçün bu qərar da gözlənilən idi. Təbii ki, Azərbaycanda da Nazirlər Kabineti yanında Operativ Qərargah ÜST-in qərarlarını əsas tutur və buna uyğun da tədbirlər görülür. İndi bunun müəyyən təsiri olacaq. Yeni bir addım atmağa ehtiyac yoxdur. Sadəcə olaraq, karantin qaydalarının əksər hissəsi ləğv olunub, qalan hissələri də, fikrimcə, ləğv olunacaq. Amma quru sərhədlərin açılması barədə bir söz deyə bilməyəcəm. Ola bilsin, bunun səbəbi tək pandemiya deyil. Qonşu ölkələrdə müharibələr var, bunların da təsiri ola bilər. Hər halda, bu, əsas götürüləcək. Amma bütün dünyada karantin qaydaları ləğv olunub”.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Musa Quliyev münasibət bildirməkdə çətinlik çəkdiyini deyib: “Çünki bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan bir məsələdir. Onlar da qərarı hansı arqumentlərə əsas gətirərək edirlər, onu da biz bilmirik. Azərbaycanda koronavirusla bağlı epidemioloji situasiya sabitdir. Artımlar yoxdur. Vaksinasiya prosesi də kifayət qədər yüksək səviyyədə aparılıb. Artıq insanların maarifləndirilməsi işi də qaydasındadır. Üzü yaya doğru adətən epidemiyanın təhlükələri azalır. Belə bir halda nəyə görə sərhədlər bağlıdır, onu da biz deyə bilmirik. Nə zaman açılacaq, onu da deyə bilmirik. Çox arzu edərdik ki, hökumət vətəndaşlarımıza informasiya verərdi. Niyə sərhədlər bağlıdır? Nə qədər bağlı qalacaq? Səbəb nə ilə bağlıdır? Yay dövrüdür, turizmin ən aktiv vaxtıdır. Turizm Azərbaycanın qeyri-neft sektorunun əsas gəlir gətirən sahələrindən biridir. Hesab edirəm ki, bununla əlaqədar hökumət adekvat qərar qəbul etməlidir. Ya da insanlara adekvat ola biləcək informasiyanı verməlidir. Yəni izah etmək ki, bu, koronavirusla bağlıdır, buna görə quru sərhədləri açıq saxlayırıq. Yəni bu inandırıcı deyil. Bəzi hallarda insanların doğru olmayan fikirlərə gəlməsinə, şərhlər verməsinə gətirib çıxarır. Hər bir halda istənilən qərar əsaslandırılmalıdır. İnsanlara da inandırıcı məlumat verilməlidir. Arzu edirəm ki, Operativ Qərargah adekvat qərar qəbul etsin”.

Deputat “Bəziləri deyir ki, karantin rejiminin tam ləğv olunmamasına qonşu ölkələrlə vəziyyət səbəbdir” sualına belə cavab verib: “Bu ola bilər, amma bunu da insanlara izah etmək lazımdır. Azərbaycan insanı nə edəcək, durub üsyan edəsi deyil ki. Əlbəttə, dövlətin maraqları var, milli maraqlar var. Quru sərhədlərin bağlanma səbəbini insanlara izah etmək lazımdır. İnsanlar hər şeyi başa düşür, doğru qiymətləndirir. Bizim hələ Ermənistanla münasibətlərimiz tam aydınlaşmayıb, sülh müqaviləsi bağlanmayıb. İranla bağlı gərginlik pik həddədir. Cənab Prezident də Şuşada söylədi ki, indiyə qədər İranla münasibətimiz belə aşağı səviyyədə olmayıb. Bunlar hamısı vətəndaşlarımız tərəfindən anlaşılan məsələlərdir. Hesab edirəm ki, insanları belə qeyri-müəyyən vəziyyətdə qoymaq da doğru deyil”. 



Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ÜST COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan edib - SƏRHƏDLƏR AÇILIRMI?

    ÜST COVID-19-la bağlı fövqəladə vəziyyətin başa ...

    5-05-2023, 22:42

  • 
  • ÜST-dən şad xəbər

    ÜST-dən şad xəbər ...

    14-03-2023, 16:44

  • 
  • ÜST-ün Baş direktoru "Twitter" hesabından Azərbaycan Prezidentinə təşəkkür edib

    ÜST-ün Baş direktoru "Twitter" ...

    7-04-2021, 12:47

  • 
  • ÜST haqqında beynəlxalq araşdırma aparılacaq - Koronavirusa görə

    ÜST haqqında beynəlxalq araşdırma aparılacaq - ...

    20-05-2020, 21:32

  • 
  • “Koronavirusun yayılması sürətlənir”

    “Koronavirusun yayılması sürətlənir” ...

    30-06-2020, 12:13


Təqvim

«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Arxiv xəbərlər

İyun 2023 (175)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu