Ermənistan hökuməti bu yaxınlarda vatsap kommunikasiya vasitəsinə tam çıxış əldə edib.
Gundemxeber.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti bildirib.
Məlumata görə, bu şəbəkədə edilən bütün telefon danışıqları və mesajları dövlət qurumları üçün əlçatan olub. Bildirilib ki, vatsap-a da artıq adi mobil söhbətlər və mesajlar kimi giriş mümkündür.
Nəşr bildirib ki, Ermənistan hakimiyyəti ölkədə vətəndaşların danışıqlarının izlənməsinə görə dünyada aparıcı yerlərdən birini tutur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?